Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5488/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X3 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1240/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment X5 xeyrinə tutulmalıdır. Lakin borclu Şəxs icra vərəqələrində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra vərəqəsi üzrə borclunun 6059 manat borcu yığılmışdır. Beləliklə də, borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Nizami Rayonu İcra Şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında borclu Şəxs barəsində tərtib etdiyi protokolu müdafiə edərək bildirdi ki, borclu barəsində Nizami rayon İcra Şöbəsində icra sənədi mövcuddur. İcra vərəqəsinin verilməsindən uzun müddət keçməsinə baxmayaraq borclu icra sənədi üzrə tələbi və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini tam yerinə yetirmir. Borclunun protokol tərtib olunan günə 6059 manat aliment borcu yaramışdır. Həmçinin borclu hazırda axtarış nəticəsində tutulmuşdur. Keçən məhkəmə iclasında borclu tərəfindən 1000 manat, hazırda isə 300 manat ödəniş edilmişdir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını və onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, borclunun protokol tərtib olunan günə 6059 manat borcu yaranmış, keçən məhkəmə iclasında 1000 manat, hazırda isə 300 manat ödəniş edilmişdir. Lakin bu ödənişlər onu qane etmir, uşağa baxmaqda maddi cəhətdən çətinlik çəkir, borclu tərəfindən isə ödənişlər vaxtı-vaxtında edilmişdir. Borcludan şikayətçidir, borcun ödənilməsini tələb edir. Bütün bunları nəzərə alaraq, borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, məhkəmə iclasları zamanı ümumilikdə 1300 manat tərəfindən ödəniş edilmişdir, maddi cəhətdən imkanı olmadığı üçün borcunu tam ödəyə bilməmişdir. Qalan borcu da hissə-hissə ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil izahatında bildirdi ki, hazırda borcunu tam ödəmək üçün Şəxs maddi imkanı yoxdur. Şəxs borcun ödənilməsindən qərəzli olaraq yayınmır. Bunun nəzərə alınmasını və borclu barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1240/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment X5 xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, müvafiq icra sənədi üzrə Nizami rayon İcra Şöbəsinin icra məmuru Türkan Hümbətzadə tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borclu Şəxs müvafiq icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “borclunun axtarışı” haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inizabti xəta haqqında iş üzrə icraat aparılan şəxsin müəyyən məbləğdə ödəniş etməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Hazırki iş üzrə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 08 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla 88 manat əmək haqqı müdafiəçi Vəkil dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 08 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 88 (səksən səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-5488/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5488/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver