Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-551/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi ilə, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Sultanzadə (İbrahimova) Təranə Qəzənfər qızının, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1973-cü ildə Tovuz rayonu, Bayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA yaşayış binalarında yaşayan Sultanzadə (İbrahimova) Təranə Qəzənfər qızı barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Sultanzadə (İbrahimova) Təranə Qəzənfər qızı etibarnamə ilə taksi kimi idarə etdiyi “Toyota-Prius” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Q.Qarayev prospekti istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə “İnci” şadlıq sarayı istiqamətinə doğru 40 km/saat sürətlə hərəkət edib yolun “Telefon Qovşağının” qarşısından keçən hissəsində, yolu soldan sağa adi addımlarla keçən piyada xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurmuşdur. Sürücü T.İbrahimovanın bu ehtiyatsız davranışı nəticəsində piyada yerə yıxılaraq xəsarət almışdır. Sürücü onu avtomobilə mindirib xəstəxanaya aparmışdır. Bununla da o, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 24 yanvar 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Nizami RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Emil Hacıyevin 13 yanvar 2023-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Sultanzadə (İbrahimova) Təranə Qəzənfər qızı barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Sultanzadə (İbrahimova) Təranə Qəzənfər qızı izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində etibarnamə ilə taksi kimi idarə etdiyi “Toyota-Prius” markalı, **- DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Q.Qarayev prospekti istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə “İnci” şadlıq sarayı istiqamətinə doğru 40 km/saat sürətlə hərəkət edərkən yolun “Telefon Qovşağının” qarşısından keçən hissəsində yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs diqqətsizlik göstərməsi səbəbindən vurmuşdur və nəticədə o, yüngül bədən xəsarət almışdır. Hazırda zərərçəkmişə dəymiş maddi ziyanı ödədiyini və zərərçəkmiş şəxin ondan heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi.. Məhkəmə iclasında Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək izahatında göstərmişdir ki, Sultanzadə (İbrahimova) Təranə Qəzənfər qızına qarşı hər hansı şikayət və tələbləri yoxdur, onunla barışmışlar. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. AR-sı İXM-nin Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 1152 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Eyni zamanda təhqiqat materialların əlavə edilmiş xx.xx.2022-ci il tarixli 8/3553 saylı rəyə əsasən “Toyota Prius” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Sultanzadə (İbrahimova) Təranə Qəzənfər qızının hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sultanzadə (İbrahimova) Təranə Qəzənfər qızının həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol ilə, 30 dekabr 2022-ci il tarixli, No 8/3553 nömrəli ekspert rəyi, xx.xx.20222-ci il tarixli 1152 saylı ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 yanvar 2023-cü il tarixli qərar ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, zərərçəkmişə vurulmuş ziyanın ödənilməsi, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sultanzadə (İbrahimova) Təranə Qəzənfər qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 200 manat (iki yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-551/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-551/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver