Məhkəmə qərarları › İş №3(007)-552/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-552/2023

03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-552/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, 20 fevral 1961-ci ildə Şamaxı rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Qobustan rayon Polis X3 Bölməsi tərəfindən qəbul edilmiş 27 iyul 2021ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Qobustan rayon Polis X3 Bölməsi tərəfindən qəbul edilmiş 27 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə olunmuşdur. X4 Qobustan rayon Polis X3 Bölməsi tərəfindən qəbul edilmiş 27 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Qobustan Rayon Polis X3 Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində inzibati cərimə edilməyi qərara alınmışdır. Həmin qərar onunla “əsaslandırılmışdır” ki, guya sahibi olduğu Qobustan rayon ərazisində yerləşən “Qırxbulaq” şadlıq sarayında xx.xx.2021-ci il tarixdə elektron portaldan keçirilmədən toy aşkar olunmuşdur. Aşağıda qeyd edilənlərə əsasən, Qobustan Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. İ) Həmin qərarın edilməsi üçün “əsas olmuş” faktlar və sübutlara münasibətdə: Məlum olduğu kimi, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərarın 1.4-cü bəndinə əsasən, 2021-ci il 1 iyul tarixindən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, həmin qərarın hansı faktlar və sübutlar əsasında qəbul edilmiş olması sual altındadır. Belə ki, xx.xx.2021-ci il tarixdə tərəflərindən “icaze.e-gov.az” portalında xx.xx.2021-ci il tarixdə həmin şadlıq sarayında təşkil olunacaq toy mərasimi, eləcə də digər tarixlərdə təşkil olunacaq toy mərasimləri barədə məlumatlar yerləşdirilmişdir. Lakin bir neçə toy mərasimləri ilə bağlı məlumatlar həmin elektron portalda yerləşdirilsə də, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə keçiriləcək toy mərasimləri ilə bağlı məlumat portalda baş vermiş texniki nasazlığa görə yerləşdirilməmişdir. “icaze.e-gov.az” portalı ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə tərəflərindən müraciət edilmiş və şifahi olaraq texniki nasazlıq olduğundan həmin elektron sistemdə məlumat yerləşdirilməsinin mümkün olmadığını, yaranmış texniki nasazlığın aradan qaldırılacağını və bu barədə onlara məlumat veriləcəyi bildirilmişdir, lakin halhazıradək onlara heç bir məlumat verilməmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha və digər aidiyyatı orqanlara yazılı olaraq müraciətlər edilmiş, baş vermiş texniki nasazlıqların aradan qaldırılmasında köməklik göstərilməsi xahiş edilmişdir (həmin müraciətlər əlavə edilir). xx.xx.2021-ci il tarixdə keçiriləcək toy mərasiminə tərəflərindən hazırlıq işləri görülən zaman Qobustan Rayon Polis şöbəsinin X2 əməkdaşları şadlıq sarayına yaxınlaşaraq, “icaze.e-gov.az” elektron portalında həmin toy mərasiminin keçirilməsinə dair məlumat yerləşdirilmədiyini bildirmiş və toy mərasiminin keçirilməməsini tələb etmişlər. Bu səbəbdən həmin toy mərasimi üçün görülən hazırlıq işləri dayandırılmış, lakin buna baxmayaraq Qobustan Rayon Polis şöbəsinin X2 əməkdaşı tərəfindən ayrı-ayrılıqda onun barəsində “qeydiyyatdan keçmədən şadlıq sarayında toy məclisi keçirilməsi” “əsası” ilə inzibati xəta haqqında protokollar tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Əlavə olaraq bunu da qeyd etmək istəyir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda getmiş birinci Qarabağ müharibəsində iştirak etmişdir və birinci Qarabağ müharibəsi veteranıdır. Qərarından şikayət verilmiş orqan və qərardan şikayət vermiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında şəxsən və ya nümayəndəsi vasitəsilə iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qobustan rayon Polis Şöbəsinin X2 27 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 27 iyul 2021-c i il taDİN-in sistemində müvafiq qeydiyyatı olmadan “Qırxbulaq” şadlıq sarayında toy mərasimi keçirilməsinə şərait yaratmaqla, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində əhali arasında yoluxucu və qeyri-yoluxucu kütləvi xəstəliklərin, zəhərlənmələrin yayılmasının qarşısını almağa və ləğv edilməsinə yönəldilmiş xüsusi hərəkət rejimi şərtlərinin qoyulması və ləğv edilməsi Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının səlahiyyətinə aid edilmişdir. Həmin Qanununun 2-ci maddəsinə əsasən bütün vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. X1 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bununla yanaşı, iş materiallarından da göründüyü kimi, X7 27 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan qanunvericilikdə müəyyən olunmuş müddətdə deyil, 27 yanvar 2023-cü il tarixdə şikayət vermiş, qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın surətini rəsmi qaydada hansı tarixdə əldə etməsinə dair sübutunu iş materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, X4 yalnız formal mülahizələrinə əsaslanaraq, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan inzibati xəta haqqında 27 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Bununla da işdə olan sübutlarla Qobustan rayon Polis X3 Bölməsi tərəfindən qəbul edilmiş 27 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 şikayəti təmin edilməsin. Qobustan rayon Polis X3 Bölməsi tərəfindən qəbul edilmiş 27 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar