Məhkəmə qərarları › İş №3(007)-5561/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5561/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5561/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X4 iclas katibliyi, qərarından şikayət verilən orqanın – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X3 iştirakı ilə, X5 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30866823 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30866823 nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən X7 İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1ndən üzü Yusif Səfərov küçəsinə hərəkət edərkən orada xidmət göstərən Polis nəfərinin idarə etdiyi 77LB919 qeydiyyat nişanlı nəqliyyat vasitəsini əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək hərəkətə icazə verməsinə baxmayaraq kamera vasitəsilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin pozulması barədə EQ30866823 nömrəli protokol tərtib edilərək barəsində cərimə tətbiq edilmişdir. Həmin cərimənin hüquqi əsası olmadığını hesab edir. Həmçinin qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə müraciət etsə də, müraciəti araşdırmadan şablon cavab verilmişdir. AR İXMnin müvafiq maddələrinə əsasən, əks istiqamətli hərəkət zolağına keçmək yalnız xüsusi hallarda və müvafiq icazə ilə mümkündür. Bu səbəbdən həmin protokol ləğv edilərək cərimə məbləği silinməlidir. Hadisənin baş verdiyi ərazidə yerləşən müşahidə kameralarının qeydləri araşdırılsa, bu hal öz əksini tapacaqdır. Qeyd olunanlara əsaslanaraq EQ 30866823 saylı qərarın ləğv edilməsini və tətbiq edilmiş cərimə məbləğinin silinməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, həmçinin mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən video görüntünün inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməsinə köməklik göstərilməsini, tələbin təmin edilməsinə dair qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X6 bildirdi ki, şikayət əsassızdır. Belə ki, şikayətçi tərəfindən İXM-nin 327.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Sürücü 1.1 üfüqi nişanlama xəttinin tələbini pozaraq əks istiqamətli nəqliyyat vasitələrinin hərəkət zolağında nəqliyyat vasitəsini idarə etmişdir. İnzibati xəta hadisəsinin törədilməsini iş materiallarında olan fotoşəkillər də sübut edir. Qərarın qanuni və əsaslıdır. Bu səbəbdən şikayətin rədd edilərək qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30866823 nömrəli qərarına əsasən X7 xx.xx.2025-ci il tarixdə, saat 13:41-də idarə etdiyi **-LB-*** dövlət qeydiyyat nişanlı “Toyota Highlander H” minik markalı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə İXM-in 327.4-cü maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X7 xx.xx.2025-ci il tarixdə, saat 13:41-də ünvan 1 ünvanında 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Bu səbəbdən X7 barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi qərar, foto material və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30866823 saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar