Məhkəmə qərarları › İş №3(007)-5579/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5579/2025

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5579/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclas katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 2, mənzil 55 (VÖEN:**********) olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüquqi şəxs Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 26 noyabr 2025-ci il tarixli, № 10000-00131/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin icraatında olan Baş İdarənin Hədəf və koordinasiya mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-33/150/030611 nömrəli raporta əsasən müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə X1 idarə etdiyi **-NX-***/**-YG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Rusiya Federasiyasından Azərbaycan Respublikasına “diri xırdabuynuzlu heyvanlar” yükü gətirmiş və xx.xx.2025-ci il tarixdə **-YG-*** dövlət nömrə nişanlı qoşqu **-QB-*** dövlət nömrə nişanlı dartıcı ilə ölkədən yüksüz çıxış edərkən “Samur” gömrük postunda nəqliyyatın çəki eyniləşdirilməsi həyata keçirilmiş, **-YG-*** dövlət nömrə nişanlı qoşqu müxtəlif vaxtlarda **-NX-***, **-QB-*** və **-SP-*** dövlət nömrə nişanlı dartıcılar ilə birlikdə yüklərin daşınmasında istifadə olunduğu üçün **-YG-*** dövlət nömrə nişanlı qoşqunun həm **-QB-*** dövlət nömrə nişanlı dartıcı ilə, həm də dartıcı olmadan yüksüz kütləsi müəyyən edilmişdir. Ölkə ərazisindən yüksüz çıxış edərkən **-QB-***/**-YG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin BB689149 və BB659870 nömrəli qeydiyyat şəhadətnamələrində dartıcı və qoşqu birlikdə yüksüz kütləsi 22400 kq göstərilsə də, faktiki yüksüz çəkisinin 18700 kq, **-YG-*** dövlət nömrə nişanlı qoşqunun BB659870 nömrəli qeydiyyat şəhadətnaməsində yüksüz kütləsi 14600 göstərilsə də, faktiki yüksüz kütləsinin 11020 kq olduğu müəyyən edilmiş, faktla bağlı Xaçmaz Gömrük İdarəsində müvafiq qaydada akt və protokol tərtib edilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Rusiya Federasiyasından Azərbaycan Respublikasına “diri iribuynuzlu heyvanlar” yükünün daşınması zamanı istifadə edilmiş 99YG476 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin texniki sənədində (“BB659870” nömrəli şəhadətnamədə) yüksüz (boş) kütlə göstəricisi yük nəqliyyat vasitəsinin faktiki çəkisindən təqribən 3400 kq artıq göstərilmişdir. Belə ki, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda quraşdırılmış tərəzi qurğusunda yük nəqliyyat vasitəsinin çəkilməsi zamanı, nəqliyyat vasitəsinin faktiki (qoşqunun) çəkisi 11020 kq təşkil etdiyi halda, texniki sənədlərdə onun yüksüz kütləsi 14600 kq kimi qeyd olunmuşdur. Bununla da müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən “**********4353”, “**********2073”, “**********7667”, “**********4222” sorğu nömrəli idxal gömrük bəyannamələri ilə bəyan edilmiş “diri iribuynuzlu heyvanlar” yükünün faktiki çəkisi hər bəyannamə üzrə 3400 kq az göstərilmişdir, bununla da Şəxs MMC ümumilikdə 12.150,12 (on iki min yüz əlli manat on iki qəpik) manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 26 noyabr 2025-ci il tarixli, № 10000-00131/25 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3 protokolun məzmununa uyğun izahat vermiş, “Meat Group’’ MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, “diri xırdabuynuzlu heyvanlar” yükünü idxal edən “Meat Group’’ MMC olmuş, sürücü ancaq malların daşınmasında iştirak etmiş, inzibati xətanın subyekti malı idxal edən hüquqi şəxs olduğu üçün protokol onun barəsində tərtib olunmuşdur. O cümlədən onların heyvanların nəcisinin təmizlənməsi və bundan sonra çəkinin ölçülməsi kimi vəzifələri yoxdur, yükü idxal edən tərəfə bu hal maraqlı olduğu halda, bunu özləri etməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, protokolla razı deyil. Belə ki, sürücünün izahatından da görünür ki, malın ölkəyə idxalından əvvəl, yəni xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsini sahibindən təhvil alarkən sahibi nəqliyyat vasitəsində qoşqunun içərəsindəki 3 mərtəbəli taxtadan konstruksiyalardan 1 mərtəbəsinin söküldüyünü bildirmişdir. MMC-nin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə real kütləsi arasında yaranmış fərqlə bağlı məlumatı olmamışdır. Bu səbəbdən qeyd olunan inzibati xəta ilə bağlı Şəxs MMC barəsində protokol tərtib olunması qanunsuz və əsassızdır. Bütün bunların nəzərə alınaraq, Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 99YG476 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 2025-ci il ərzində Şəxs MMCnin ünvanına **********4353, **********2073, **********7667, **********4222 nömrəli gömrük bəyannamələri ilə diri iribuynuzlu heyvanların idxalı həyata keçirilmişdir. İş materiallarında olan Daxilolmalara Nəzarət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3- 33/130/041019 nömrəli xidməti qeydinə əlavə olunmuş siyahıdan görünür ki, Şəxs MMCnin ünvanına **********4353, **********2073, **********7667, **********4222 nömrəli gömrük bəyannamələri ilə diri iribuynuzlu heyvanların idxalı nəticəsində dövlət büdcəsindən yayındırılmış gömrük ödənişlərinin məbləği 12.150,12 (on iki min yüz əlli manat on iki qəpik) manat təşkil etmişdir İş materiallarında olan xx.xx.2025-ci il tarixli, №10000-00131/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin icraatında olan Baş İdarənin Hədəf və koordinasiya mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-33/150/030611 nömrəli raporta əsasən müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə X1 idarə etdiyi **-NX-***/**-YG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Rusiya Federasiyasından Azərbaycan Respublikasına “diri xırdabuynuzlu heyvanlar” yükü gətirmiş və xx.xx.2025-ci il tarixdə **-YG-*** dövlət nömrə nişanlı qoşqu **-QB-*** dövlət nömrə nişanlı dartıcı ilə ölkədən yüksüz çıxış edərkən “Samur” gömrük postunda nəqliyyatın çəki eyniləşdirilməsi həyata keçirilmişdir. **-YG-*** dövlət nömrə nişanlı qoşqu müxtəlif vaxtlarda **-NX-***, **-QB-*** və **-SP-*** dövlət nömrə nişanlı dartıcılar ilə birlikdə yüklərin daşınmasında istifadə olunduğu üçün **-YG-*** dövlət nömrə nişanlı qoşqunun həm **-QB-*** dövlət nömrə nişanlı dartıcı ilə həm də dartıcı olmadan yüksüz kütləsi müəyyən edilmişdir. Ölkə ərazisindən yüksüz çıxış edərkən **-QB-***/**-YG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin BB689149 və BB659870 nömrəli qeydiyyat şəhadətnamələrində dartıcı və qoşqu birlikdə yüksüz kütləsi 22400 kq göstərilsə də, faktiki yüksüz çəkisinin 18700 kq, **-YG-*** dövlət nömrə nişanlı qoşqunun BB659870 nömrəli qeydiyyat şəhadətnaməsində yüksüz kütləsi 14600 göstərilsə də faktiki yüksüz kütləsinin 11020 kq olduğu müəyyən edilmişdir. Faktla bağlı Xaçmaz Gömrük İdarəsində müvafiq qaydada akt və protokol tərtib edilmişdir. Nəqliyyatın yüksüz kütləsinin sənədlərdə süni şəkildə təqribən 3400 kq artırıldığı nəzərə alınaraq, hər partiya ölkəyə yüklü girişində həmin fərq qədər daşınan yükün az göstərilməsinə şərait yaranmışdır. Qeyd olunan faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsində müvafiq araşdırma başlanılmışdır. Araşdırma zamanı Əməliyyat-İstintaq Baş idarəsinin Hədəf və koordinasiya mərkəzindən daxil olmuş materiala əsasən 2025-ci ilin yanvar ayının 1-dən sözügedən yük nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasına idxal olunan yüklərin bir hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) tərəfindən idxal edildiyi və **********4222 nömrəli, xx.xx.2025-ci il tarixli, **********7667 nömrəli, xx.xx.2025-ci il tarixli, **********2073 nömrəli, xx.xx.2025-ci il tarixli, **********4353 nömrən xx.xx.2025-ci il tarixli gömrük bəyannamələri ilə gömrük orqanına bəyan edilək rəsmiləşdirildiyi müəyyən edilmişdir. Qeyd olunan 4 gömrük bəyannaməsi üzrə hüquqi şəxs Şəxs MMC (VÖEN:**********) tərəfindən sözügedən nəqliyyat vasitələrinin faktiki yüksüz çəkiləri ilə qeydiyyat şəhadətnamələrində qeyd edilən yüksüz çəkiləri arasındakı fərqə uyğun olaraq gömrük ödənişlərinin ödənilməsindən yayınma faktları aşkar edildiyindən ödənilməli gömrük ödənişlərinin məbləği ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Daxilolmalara Nəzarət Baş İdarəsinə xidməti qeydlə sorğu verilmişdir Daxilolmalara Nəzarət Baş İdarəsindən daxil olmuş xidməti qeydə əsasən, gömrük ödənişlərinin ödənilməsindən yayınma faktları ilə əlaqədar hüquqi şəxs Şəxs MMC-nin (VÖEN:**********) büdcə öhdəliyinin həcminin 12150,12 (on iki min yüz əlli manat on iki qəpik) manat olduğu müəyyən edilmişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Rusiya Federasiyasından Azərbaycan Respublikasına “diri iribuynuzlu heyvanlar” yükünün daşınması zamanı istifadə edilmiş 99YG476 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin texniki sənədində (“BB659870” nömrəli şəhadətnamədə) yüksüz (boş) kütlə göstəricisi yük nəqliyyat vasitəsinin faktiki çəkisindən təqribən 3400 kq artıq göstərilmişdir. Belə ki, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda quraşdırılmış tərəzi qurğusunda yük nəqliyyat vasitəsinin çəkilməsi zamanı, nəqliyyat vasitəsinin faktiki (qoşqunun) çəkisi 11020 kq təşkil etdiyi halda, texniki sənədlərdə onun yüksüz kütləsi 14600 kq kimi qeyd olunmuşdur. Bununla da müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən “**********4353”, “**********2073”, “**********7667”, “**********4222” sorğu nömrəli idxal gömrük bəyannamələri ilə bəyan edilmiş “diri iribuynuzlu heyvanlar” yükünün faktiki çəkisi hər bəyannamə üzrə 3400 kq az göstərilmişdir, bununla da Şəxs MMC ümumilikdə 12.150,12 (on iki min yüz əlli manat on iki qəpik) manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Bu hərəkətlə də, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC **********4222, **********7667, **********2073 və **********4353 sorğu nömrəli gömrük bəyannamələri üzrə ümumilikdə 12150,12 (on iki min yüz əlli manat on iki qəpik) manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Məhkəmə, tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də cəmiyyət həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 224-cü maddəsinə əsasən gömrük ödənişləri dedikdə, gömrük rüsumları, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, gömrük yığımları, haqq, dövlət rüsumu başa düşülür. Həmin Məcəllənin 247-ci maddəsin əsasən gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda inzibati məsuliyyət nəzərdə tutulur. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş səxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göründüyü kimi, Qanunla gömrük ödənişlərini (borcunu) ödəmək tələb kimi müəyyən edilmişdir ki, bu tələbin yerinə yetirilməməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından da göründüyü kimi Şəxs MMC tərəfindən bu tələb pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş pul məbləğinin 70 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 31, 40, 43, 48-51, 84, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 12150,12 manat gömrük ödənişləri məbləğinin 70 (yetmiş) faizi məbləğində yəni, 8505,08 (səkkiz min beş yüz beş manat səkkiz qəpik) məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar