Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-559/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokurorun köməkçisi X1, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Şəxs iştirakları ilə, 30 avqust 1984-cü il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Füzuli rayonunun Kərimbəyli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun 28 fevral 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Zərərçəkmiş şəxs 20 yanvar 2022-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 33 nömrəli binanın qarşısında yerləşən çörək bişirilən sexdə çörəkçi kimi işləyərkən obyektdə olan, çörək bişirmək üçün istifadə edilən kürəni qızdırmaq məqsədilə kağız parçasını yandıraraq kürənin içərisinə qoyduqda qazdan yaranmış alovlanma nəticəsində xəsarət alması barədə müraciəti əsasında rayon prokurorluğunun müstəntiqi X5 tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs 15 yanvar 2022-ci il tarixdə Şəxs ilə telefon əlaqəsi yaradaraq sonuncuya ünvan 1 ünvanının qarşısında işlətdiyi təndir sexində çörəkçi kimi işləmək istədiyini bildirməsini, 19 yanvar 2022-ci il tarixdə Şəxsla görüşərkən Şəxs ona gündəlik 30 manat müqabilində sexdə çörək bişirən işləyə biləcəyini və 20 yanvar 2022-ci il tarixdə səhər radələrində işə gəlib başlamalı olmasını deməsini, 20 yanvar 2022-ci il tarixdə səhər saat 06 radələrində ünvan 1 ünvanının qarşısında yerləşən təndir sexinə gəlib işə başlamaq üçün sexdə olan kürəni qızdırmaq məqsədilə kağız parçasını yandırıb kürənin içərisinə qoyduqda yaranmış alovlanma nəticəsində əlləri və sifət nahiyyəsindən yanıq xəsarətləri almasını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, 19 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanının qarşısında yerləşən təndir sexində Zərərçəkmiş şəxs ilə görüşüb sonuncunun 20 yanvar 2022-ci il tarixdən etibarən əmək müqaviləsi bağlamadan gündəlik 30 manat müqabilində sexdə çörəkçi kimi işləməsi barədə razılığa gəlmiş, Zərərçəkmiş şəxs 20 yanvar 2022-ci il tarixdə ona zəng edərək sexdə kürəni qızdırmaq istədikdə yaranmış alovlanma nəticəsində xəsarət almasını bildirmişdir. İzahatına əlavə olaraq Zərərçəkmiş şəxs ilə əmək müqaviləsi bağlamadığını, eyni zamanda Zərərçəkmiş şəxs hər hansı təhlükəsiz qaydaları ilə əlaqədar təlimat keçirilmədiyini bildirmişdir. Araşdırma zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 22 yanvar 2022-ci il tarixli 63 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs alnın aşağı yarımhissəsinin, hər iki qaşüstü və hər iki gözətrafı nahiyyələrinin, burnun ucunun, hər iki yanaq nahiyyəsinin, dodaqüstü və qismən üst dodaq nahiyyələrinin və hər iki əlinin arxa səthinin yanıq xəsarətləri olmuşdur. Qeyd olunan xəsarətlər yüksək hərarətin yerli təsirindən (ola bilsin alovdan) törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 22.10.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddirlər. Xəsarətlərin xüsusiyyətlərinə və lokalizasiyalarına istinad edilərək xəsarətlərin müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gəlməsinin mümkün olması göstərilmişdir. Lakin, bu xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inandırıcı deyil. Araşdırma zamanı təyin edilmiş kompleks əmək təhlükəsizliyinin tədqiqi və yanğın təhlükəsizliyi ekspertizasının 18 fevral 2022-ci il tarixli 10/796 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 33 nömrəli binanın qarşısında yerləşən çörək bişirilən obyektdə quraşdırılmış qaz sobasının yanma kamerasına təbii qazın sızma səbəbi (nəzarət kranının açıq və ya yarımaçıq saxlanılması, kranda nasazlıq və.s) konkret olaraq müəyyən edilmədiyi üçün baş vermiş hadisənin texniki səbəbini müəyyən etmək olmamış, hadisənin texniki səbəbinin müəyyən edilməsi mümkün olmadığına görə, baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının tələblərinin pozulmasına dair suallar üzrə tədqiqat aparılmamış, bununla belə əməyin mühafizəsi və texnikası üzrə təlimatlandırmalar aparılıb, bilik səviyyəsi yoxlanılmamış, qaz qurğularından istifadə qaydaları ilə tanış edilməmiş Zərərçəkmiş şəxs çörəkçi kimi işlərin görülməsinə buraxıldığına, eləcə də özbaşına olaraq “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”ndə nəzərdə tutulmayan qazla işləyən qurğunun quraşdırılması həyata keçirildiyinə görə, obyektin sahibi tərəfindən “Qazın istifadə qaydaları”nın 3.2.5, 3.4.1 bəndləriniin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-90 DÜST”nün 1.1, 1.2, 4.4 bəndlərinin tələbləri pozulmuşdur. Lakin, həmin pozuntuların baş vermiş hadisə ilə səbəb-nəticəli əlaqəsinin olub-olmaması istintaq orqanı tərəfindən araşdırmalarla müəyyən edilə bilər. Hadisənin baş verməsinə səbəb sızan təbii qazın sobanın yanma kamerasına dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin( konkret halda yandırılmış kağız parçası) təsirindən alışması nəticəsində baş verə biləcəyi göstərilmişdir. Aparılmış araşdırma zamanı 20 yanvar 2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs ünvan 2 ünvanının qarşısında yerləşən çörək bişirilən təndir sexində kürəni qızdırmaq məqsədilə kağız parçasını yandıraraq kürənin içərisinə qoyduqda qazdan yaranmış alovlanma nəticəsində yüngül dərəcəli bədən xəsarəti alması faktı əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162-ci maddəsinin tərkibi müəyyən edilmədiyindən Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi X2 21 fevral 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, çörək sexini icarəyə götürüb işlədən Şəxs 19 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs işə götürərkən əmək müqaviləsi bağlamaqla əmək texnikası üzrə təlimatlandırmalar aparıb sonuncunun bilik səviyyəsini yoxladıqdan, qaz qurğuları ilə istifadə qaydaları ilə tanış etdikdən sonra işə buraxmalı olmasına baxmayaraq Zərərçəkmiş şəxs əmək texnikası üzrə təlimatlandırmalar aparıb bilik səviyyəsini yoxlamadan, qaz qurğularından istifadə qaydaları ilə tanış etmədən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edib təndir sexində çörəkçi kimi işə buraxmış, nəticədə Zərərçəkmiş şəxs 20 yanvar 2022-ci il tarixdə saat 06 radələrində iş prosesi zamanı, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları pozulmaqla təndir sexində kürəni işə salmaq istədikdə yaranmış alovlanma nəticəsində alnın aşağı yarımhissəsinin, hər iki qaşüstü və hər iki gözətrafı nahiyyələrinin, burnun ucunun, hər iki yanaq nahiyyəsinin, dodaqüstü və qismən üst dodaq nahiyyələrinin və hər iki əlinin arxa səthinin yanıq xəsarətləri ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən xx.xx.1984-cü il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan Şəxs tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulması faktı üzrə Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokurorun köməkçisi X3 qərarın dəlillərini müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, sözügedən obyekt Hacı deyilən şəxsə məxsus olmuşdur. Hacı demişdir ki, obyekti şərik işlətsinlər. O, həmin obyekti icarəyə götürməmişdir. Zərərçəkmiş şəxs ilə əmək müqaviləsi bağlanmamış, təhlükəsizlik qaydaları ilə bağlı təlimat keçilməmişdir. Yalnız Zərərçəkmiş şəxs iş üçün gəldikdə ona obyekt barədə həmin qaydada məlumat vermiş, demişdir ki, özü orada yanmışdır, o da özünü qorusun. Qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, o, Hacı adlı şəxsi tanımamışdır, işə düzəlməklə bağlı Şəxs ilə söhbət etmişdir. Səhəddinlə əvvəl 15 yanvar 2022-ci il tarixdə telefon vasitəsi ilə danışmışlar, 19 yanvar 2022-ci il tarixdə isə görüşmüşlər. Səhəddin ona gündəlik 30 manat müqabilində sexdə çörək bişirən işləyə biləcəyini, 20 yanvar 2022-ci il tarixdə səhərdən işə başlaya biləcəyini demişdir. Lakin Səhəddin sexdə ola biləcək hansısa təhlükə, qaz sızması barədə ona xəbərdarlıq etməmiş, əmək müqaviləsi və ya hansısa sənəd imzalamamışlar. O, təhlükə gözləmədən, bu barədə fikirləşmədən işə başlamaq üçün 20 yanvar 2022-ci il tarixdə saat 06 radələrində ünvan 1 ünvanının qarşısında yerləşən təndir sexinə getmiş, sexdə olan kürəni qızdırmaq üçün kağız parçasını yandırıb kürənin içərisinə qoymuş, bu zaman qəflətən alovlanma yaranmış, nəticədə əlləri və sifəti yanmışdır. O, Şəxs şikayətçidir. Qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 26 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanının qarşısındakı fərdi tikilidə yerləşən təndir sexidir; -Məhkəmə-tibb ekspertizasının 22 yanvar 2022-ci il tarixli 63 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs alnın aşağı yarımhissəsinin, hər iki qaşüstü və hər iki gözətrafı nahiyyələrinin, burnun ucunun, hər iki yanaq nahiyyəsinin, dodaqüstü və qismən üst dodaq nahiyyələrinin və hər iki əlinin arxa səthinin yanıq xəsarətləri olmuşdur. Qeyd olunan xəsarətlər yüksək hərarətin yerli təsirindən (ola bilsin alovdan) törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 22.10.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddirlər. Xəsarətlərin xüsusiyyətlərinə və lokalizasiyalarına istinad edilərək qeyd etmək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gəlməsi mümkündür. Lakin bu xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inandırıcı deyil. -Kompleks əmək təhlükəsizliyinin tədqiqi və yanğın təhlükəsizliyi ekspertizasının 18 fevral 2022-ci il tarixli 10/796 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 33 nömrəli binanın qarşısında yerləşən çörək bişirilən obyektdə quraşdırılmış qaz sobasının yanma kamerasına təbii qazın sızma səbəbi (nəzarət kranının açıq və ya yarımaçıq saxlanılması, kranda nasazlıq və s) konkret olaraq müəyyən edilmədiyi üçün baş vermiş hadisənin texniki səbəbini müəyyən etmək olmamışdır. Hadisənin texniki səbəbinin müəyyən edilməsi mümkün olmadığına görə, baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının tələblərinin pozulmasına dair suallar üzrə tədqiqat aparılmamış, bununla belə əməyin mühafizəsi və texnikası üzrə təlimatlandırmalar aparılıb, bilik səviyyəsi yoxlanılmamış, qaz qurğularından istifadə qaydaları ilə tanış edilməmiş Zərərçəkmiş şəxs çörəkçi kimi işlərin görülməsinə buraxıldığına, eləcə də özbaşına olaraq “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”ndə nəzərdə tutulmayan qazla işləyən qurğunun quraşdırılması həyata keçirildiyinə görə, obyektin sahibi tərəfindən “Qazın istifadə qaydaları”nın 3.2.5, 3.4.1 bəndləriniin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-90 DÜST”nün 1.1, 1.2, 4.4 bəndlərinin tələbləri pozulmuşdur. Lakin, həmin pozuntuların baş vermiş hadisə ilə səbəb-nəticəli əlaqəsinin olub-olmaması istintaq orqanı tərəfindən araşdırmalarla müəyyən edilə bilər. Hadisənin baş verməsinə səbəb sızan təbii qazın sobanın yanma kamerasına dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin (konkret halda yandırılmış kağız parçası) təsirindən alışması nəticəsində baş verə bilərdi. -Bakı şəhəri Nizami rayon prokurorluğunun 21 fevral 2022-ci il tarixli qərarına əsasən 20 yanvar 2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs ünvan 2 ünvanının qarşısında yerləşən çörək bişirilən təndir sexində kürəni qızdırmaq məqsədilə kağız parçasını yandıraraq kürənin içərisinə qoyduqda qazdan yaranmış alovlanma nəticəsində yüngül dərəcəli bədən xəsarəti alması faktı əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162-ci maddəsinin tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxs tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-559/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-559/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver