Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-567/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X4 iclas katibliyi ilə, Şikayətçi – X3 iştirakları ilə, inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi nin X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11167572 saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müvafiq şikayətlə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(007)-2480/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş EQ 11167572 saylı qərar ləğv olunmaqla, iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən verilmiş şikayət təmin edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(007)-2480/2022 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi MMX tamamilə qanunsuz və əsassız EQ 11167572 saylı, 30 avqust 2022-ci il tarixi (elektron qərar təkbaşına DYP əməkdaşı tərəfindən tərtib edilib) elektron qərarı əsasında barəsində AR İXM-nin 327.4-cü maddəsi ilə inzibati tənbeh verilmişdir. Elektron qərar barədə ona nə telefon vasitəsilə məlumat verilmiş, nə də ki, poçt vasitəsilə həmin qərar ünvanına göndərilməmişdir. Təsadüf nəticəsində elektron qərarın mövcudluğundan xəbər tutan kimi dərhal DYP orqanına qərarın surətinin təqdim edilməsi üçün müraciət etmişdir. Ərizəsi əsasında barəsində tərtib edilmiş elektron qərarın surətini xx.xx.2022-ci il tarixdə əldə etmişdir. Əsassız və qərəzli tərtib edilən elektron qərara əsasən guya o, «İnzibati Xətalar Məcəlləsinin» 327.4-cü maddəsində nəzərdə tutulmuş tələbləri pozaraq üfüqi nişanlanma xəttlərinin tələblərinə zidd olaraq sola və ya geriyə dönmə qaydalarını pozmuşdur. Əslində isə tərəfindən heç bir xəta törədilməmiş, yol hərəkəti qaydasına əməl etməklə avtomobilini idarə etmişdir, heç bir qaydanı pozmamışdır. O, DYP orqanlarında uzun müddət DYP əməkdaşı kimi xidməti fəaliyyət göstərərək təqaüdə çıxmış, özü Qarabağ Müharibəsi veteranıdır. X8 Qanunvericiliyin tələblərinə daima riayət edən şəxs olaraq indiyədək heç bir qayda pozuntusu törətməmişdir. DYP tərəfindən tərtib edilən elektron qərarın əsassızlığına və qanunsuzluğuna şahid olmaq üçün inzibati xəta törədilməsi ehtimal edilən ünvana baxış keçirtmək kifayət edər. Qeyd edilən ünvanda yol nişanları və üfüqi nişanlanma xətti silinmişdir, dönmə əməliyyatı və s. əməliyyatların edilməsi üçün heç bir məhdudiyyət göstərişi və s. yoxdur. DYP-nin birtərəfli tərtib etdiyi elektron qərara əlavə etdiyi fotolarda heç bir yol nişanı əks olunmur, heç bir dönmə və ya s. pozuntu göstərilmir. Magistral qaz xəttinin alt hissəsi ilə hərəkət edən avtomobil fotoda aşkar olaraq əks edilmiş, hər hansısa bir qayda pozuntusun baş verməsi isə qeyd edilməmişdir. Belə olduğu halda hansı pozuntunun əsasında elektron qərar tərtib edilməsi absurd əsassız anlamını verir. DYP orqanının qərəzli olaraq tərtib etdiyi elektron qərarın formal mülahizələr əsasında tərtibi edilməsi faktı aşkar olaraq göz qabağındadır. Bu isə konstitusion vətəndaş hüqqqlarının məhdudlaşdırılması və qanuni maraqlarının kobud pozulması deməkdir. İnzibati xəta haqqında elektron qərar düzgün tərtib edilməmiş, barəsində inzibati xəta haqqında elektron qərar çıxarılmış fiziki şəxs dəvət edilərək, inzibati xəta haqqında izahatı alınmamış və ümumiyyətlə elektron qərarla tanış edilməmişdir. Elektron qərar birtərəfli qaydada tərtib edilmiş, nəticədə, əsassız olaraq barəsində inzibati xəta haqqında elektron qərar çıxarılmış fiziki şəxs izahat vermək, elektron qərarın məzmunu barəsində öz rəy və mülahizələrini bildirmək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüquqlarından məhrum edilmişdir. Elektron qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin hüquq və vəzifələrinin izah edilib-edilməməsi haqqında hər hansı qeyd aparılmamış və ya belə qeydiyyatın aparılmamamasının səbəbləri göstərilməmişdir. İnzibati xəta haqqında elektron qərar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməmiş, nə də ki, həmin şəxsin ünvanına göndərilmişdir. Elektron qərar tərtib edilərkən şəxsin iştirakının təmin edilməməsi, hüquq və vəzifələrinin izah edilməməsi şəxsin öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Bütün bunlar isə ona dəlalət edir ki, əsassız tərtib edilmiş elektron qərar vəzifəli şəxsin öz fərziyyələri əsasında tərtib edilib. Qeyd olunanlara əsasən, inzibati tənbeh vermə haqqında qərarı əsassız hesab edir və həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında X2 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş X11 İdarəsi tərəfindən qəbul edilmiş EQ 11167572 saylı qərar əsassızdır və onun tərəfindən qərarda qeyd edilən qayda pozuntusuna yol verilməmişdir, belə ki, o qeyd olunan yoldan sola, yəni yaşadığı binanın həyətinə daxil olmaq üçün üfüqi nişanlanma xəttlərinin tələblərini pozağa məcbur olmuşdur. Məhkəmə iclasında X5 tərəfindən törədilmiş inzibati xəta hadisəsinin görüntülərinin qeyd olunduğu CD disklər məhkəməyə təqdim edilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11167572 saylı qərarına əsasən X5 xx.xx.2022-ci il tarixdə, saat 09:11 radələrində “Volkswagen Amarok minik markalı” 10FP220 dövlət qeydiyyat nişanlı avtomobillə Q.Qarayev prospekti ilə hərəkət edərkən üfüqi nişanlanma xəttlərinin tələblərinə riayət etməyərək sola və geriyə dönmə qaydalarını qaydalarını pozmaya görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İş materiallarında olan və həmçinin sonradan məhkəməyə təqdim edilmiş CD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta həqiqətən törədilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-nin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 11167572 saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-567/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-567/2023
09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver