Məhkəmə qərarları › İş №3(007)-5685/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5685/2023

22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5685/2023 22.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1993-cü ildə ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəməyə daxil olmuş protokol üzrə inzibati xəta haqqında işə baxılması zamanı müəyyən edilmişdir ki, Şəxs Gədəbəy rayonu, Dikdaş kəndi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Tərtib olunan protokolun məzmunundan göründüyü kimi Şəxs barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta protokolu İXM-nin 529.3 maddəsi ilə, yəni onun hərəkətsizliyi ilə baş verən inzibati xətadır. O halda, inzibati xətanın baş vermə yeri barəsində inzibati xəta protokolu tərtib olunun şəxsin qeydiyyat yeri sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün ərazi aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə material ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar