Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5687/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava X4 İdarəsinin 20 oktyabr 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava X4 İdarəsinin 20 oktyabr 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bununla yanaşı, X3 inzibati tənbeh vermə haqqında qərardan şikayətə onun yaşadığı yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmasına dair ayrıca yazılı vəsatət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ********** saylı VÖEN əsasında fiziki şəxs kimi fərdi sahibkarlıqla məşğul olur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava X4 İdarəsinin 20 oktyabr 2023-cü il tarixli EP0121788 saylı qərarı ilə vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 5168 manatın 50 faizi həddində - 2584 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərardan narazıdır, hesab edir ki, inzibati xətalar qanunvericliyinin tələblərinin, o cümlədən hüquqlarının kobud pozuntusu ilə qəbul olunduğundan, həmin qərar ləğv edilməlidir. İlk öncə qeyd edir ki, mübahisələndirdiyi qərarı rəsmi qaydada, poçt vasitəsilə, 28 oktyabr 2023-cü il tarixdə əldə etmişdir (poçtun zərfini əlavə edir), hazırda şikayət verərkən, şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət tərəfindən ötürülməmişdir. Qərarın qəbul olunması onunla əsaslandırılmışdır ki, “Elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, X3 tərəfindən xx.xx.2020-ci il tarixli **********4708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 3040 ABS dolları (5168 manat) məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülməmişdir. Araşdırma zamanı alınmış məlumata əsasən Azərbaycan Respublikası vətəndaşı X3 tərəfindən xx.xx.2020-ci il tarixli **********4708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 3040 ABS dolları vəsaitin köçürülməsi DGK ilə Mərkəzi Bank arasında “Forma 3.9.2.1” elektron hesabat sistemində öz əksini tapmamışdır. Qeyd olunan faktla bağlı 12 oktyabr 2023-cü il tarixdə Hava X4 İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə 00800- 00722/23 saylı inzibati xəta haqqında is üzrə icraat başlanmışdır. 13 oktyabr 2023-cü il tarixdə vəzifəli şəxs X3 barəsində inzibati araşdırma başa çatdığından Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hüquqi səxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, belə fəaliyyəti həyata keçirməklə X1 fəaliyyəti ilə əlaqədar müxtəlif adlı yükü konsiqnasiya yolu ilə 3040 ABS dolları qiymətinə sataraq Hava X4 İdarəsində rəsmiləşdirməklə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda xx.xx.2020-ci il tarixli **********4708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə malların dəyərini tamamilə qaytarmayaraq, milli valyutaya nisbətdə 5168 manat təşkil edən 3040 ABS dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır”. Onun qənaətinə görə, sözügedən qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün kifayət qədər əsaslar mövcuddur: 1. əməlində inzibati xəta hadisəsi yoxdur (İXM 53.1.1); 2. əməlində inzibati xəta tərkibi yoxdur (İXM 53.1.2); İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatmışdır (İXM 53.1.6). Əməlində inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin olmamasını onunla əsaslandırır ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması - İXM-nin 483-cü maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə inzibati məsuliyyətə səbəb olur. Maddənin “Qeyd”inə əsasən İXM-nin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Lakin qərarını mübahisələndirdiyi orqan onun təqsirini müəyyən etməmiş, əsassız sübutlar əsasında inzibati tənbeh olunmağına şərait yaratmış, nəticədə o, əsassız və lüzumsuz olaraq vaxt itkisinə, gərginliyə məruz qalmış, məhkəmədə öz təqsirsizliyini sübut etməyə məcbur olmuşdur. Qeyd edir ki, o, Niderlandda fəaliyyət göstərən “THE PASTRY” şirkətinin sifarişi əsasında 3040 ABS dolları dəyərində malları 27 yanvar 2020-ci il tarixli **********4708 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac etmişdir, həmin malların dəyəri yenə xarici valyutada olmaqla “THE PASTRY” şirkəti tərəfindən qısa müddətdə, 04 fevral 2020ci il tarixdə onun "xxxx" ASC-nin Nərimanov filialında olan bank hesabına köçürülmüşdür. Buna dair mötəbər hesab olunacaq sübutlar, yəni ciddi maliyyə sənədləri mövcuddur, pul köçürməsi hesabına nağdsız qaydada daxil olmuşdur. Lakin araşdırma orqanı həmin faktı araşdırmadan, buna lüzum görmədən qərar qəbul etmiş və barəsində inzibati tənbeh tətbiq etmişdir. İrəli sürdüyü dəlillər və təqdim etdiyi sübutlarla təsdiq olunur ki, əməlində inzibati xəta hadisəsi yoxdur (İXM 53.1.1): əməlində inzibati xəta tərkibi yoxdur (İXM 53.1.2). İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərin başa çatması ilə bağlı qeyd edir ki, inzibati orqan qərarını əsaslandırarkən müddətlərin ötürülmədiyi barədə əsassız dəlillər irəli sürməklə öz qərarını süni surətdə qanuniləşdirməyə, qanun pozuntusunu pərdələməyə cəhd etmişdir. Belə ki, həmin qərarda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Uzanan hüquqpozuntuları” ilə bağlı mövqeyini əks etdirən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1cü maddəsinin həmin Məcəllənin 9,2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarına istinad olunmaqla göstərilmişdir ki, “toplanılmış materiallardan göründüyü kimi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 apardığı xarici iqtisadi fəaliyyət nəticəsində Azərbaycan Respublikasının müvəkkil bank hesabına köçürülməli olan vəsaitləri apardığı fəaliyyətdən 180 gün keçənədək qaytarmalı, yəni qanunun tələbindən irəli gələrək bu müddəti ötürməməli olduğu halda buna dair normaların tələblərinə riayət etməmiş, inzibati araşdırma başlanana qədər ünvanlanmış xəbərdarlıq və bildirişi almasına və inzibati araşdırma zamanı xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilən vəsaitləri müvəkkil bank hesabına köçürməmişdir. Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması xx.xx.2023-cü il tarixədək təmin edilməmiş, yalnız kənardan müdaxilə nəticəsində, yəni gömrük prosedurları və ödənişləri şöbəsinin 34/012/018149 nömrəli raportu əsasında 14 iyun 2023-cü il tarixdə aşkar edilmişdir. Bununla da, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 əməli təqsirli olaraq, barəsində protokol tərtib edilən hadisə üzrə əməli törətməsi müəyyən edilir. Hazırki is üzrə inzibati xəta gömrük qaydaları əleyhinə inzibati xəta olmaqla yanası, uzanan xətadır.” Hansı ki, bu, səhv nəticədir, Dövlət Gömrük Komitəsinin Hava X4 İdarəsi, hər hansı bir orqan və vəzifəli şəxs tərəfindən təfsir edilməməli olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarının ziddinə getmişdir, İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta heç bir halda “Uzanan hüquqpozuntusu” hesab oluna bilməz, həmin Qərarla müəyyən edilmişdir ki, mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Həmçinin, İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulan xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. İstər Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Qərarına əsasən müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Baxmayaraq ki, Niderlandda fəaliyyət göstərən “THE PASTRY” şirkətinin sifarişi əsasında 3040 ABS dolları dəyərində malları 27 yanvar 2020-ci il tarixli **********4708 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac etmişdir, həmin malların dəyəri yenə xarici valyutada olmaqla “THE PASTRY” şirkəti tərəfindən qısa müddətdə, 04 fevral 2020-ci il tarixdə onun "xxxx" ASC-nin Nərimanov filialında olan bank hesabına köçürülmüşdür, hətta qəbul olunsa ki, tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir, o zaman inzibati xəta hadisəsi malların konsiqnasiya yolu ilə ixrac olunduğu gündən - 27 yanvar 2020-ci il tarixindən 180 gün sonra, yəni 28 iyul 2020-ci il tarixdə (180 gündən sonrakı növbəti gün) törədilmişdir, buradan da aydın olar ki, hüquqpozmanın baş veridyi tarix 27 iyul 2020-ci il hesab olunur. Belə olduqda isə, inzibati xətanın törədildiyi gündən 1 ildən artıq - 3 il 3 aydan artıq müddət keçmişdir. Qanunvericiliyin tələbinə əsasən hesab edir ki, barəsində qəbul olunmuş qərar qanunsuz və əsassız olduğundan ləğv olunmaqla, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Əlavə olaraq qeyd edir ki, İXM-nin 483-cü maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur, lakin Dövlət Gömrük Komitəsinin Hava X4 İdarəsinin qərarı ilə sanksiyada nəzərdə tutulan son həddə - əlli faiz məbləğində cərimə olunmağı, ona, sahibarlığa qarşı qərəzi göstərir, məhz ən son, yuxarı həddə cərimə olunmağının əsasları da qərarda göstərilməmişdir. Qeyd etdiklərinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava X4 İdarəsinin vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 5168 manatın 50 faizi həddində - 2584 manat məbləğində inzibati cərimə tətbiq edilməsinə dair 20 oktyabr 2023-cü il tarixli EP0121788 saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat verərək, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava X4 İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava X4 İdarəsinin 20 oktyabr 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, hüquqi səxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, belə fəaliyyəti həyata keçirməklə X1 fəaliyyəti ilə əlaqədar müxtəlif adlı yükü konsiqnasiya yolu ilə 3040 ABS dolları qiymətinə sataraq Hava X4 İdarəsində rəsmiləşdirməklə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda xx.xx.2020-ci il tarixli **********4708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə malların dəyərini tamamilə qaytarmayaraq, milli valyutaya nisbətdə 5168 manat təşkil edən 3040 ABS dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Həmin xətaya görə, X3 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 5168 manatın 50 faizi həddində - 2584 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 483-cü maddəsinə sasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş gömrük bəyannaməsi, hesabdan çıxarış və digər maliyyə sənədləri ilə müəyyən olunur ki, ********** nömrəli VÖEN əsasında fiziki şəxs kimi fərdi sahibkarlıqla məşğul olan X3 tərəfindən Niderlandda fəaliyyət göstərən “THE PASTRY” şirkətinin sifarişi əsasında 3040 ABS dolları dəyərində mallar 27 yanvar 2020-ci il tarixli **********4708 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş, həmin malların dəyəri xarici valyutada olmaqla “THE PASTRY” şirkəti tərəfindən 04 fevral 2020-ci il tarixdə X2 "xxxx" ASC-nin Nərimanov filialında olan bank hesabına köçürülmüşdür. Belə olan halda, X3 tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə müşayiət olunan və İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmiş hesab olunur, bununla da inzibati xəta hadisəsi baş vermədiyinə görə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün hüquqi əsaslar olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur; 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Mübahisələndirilən qərara görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 apardığı xarici iqtisadi fəaliyyət nəticəsində Azərbaycan Respublikasının müvəkkil bank hesabına köçürülməli olan vəsaitləri apardığı fəaliyyətdən 180 gün keçənədək qaytarmalı, yəni qanunun tələbindən irəli gələrək bu müddəti ötürməməli olduğu halda buna dair normaların tələblərinə riayət etməmiş, inzibati araşdırma başlanana qədər ünvanlanmış xəbərdarlıq və bildirişi almasına və inzibati araşdırma zamanı xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilən vəsaitləri müvəkkil bank hesabına köçürməmişdir. Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması xx.xx.2023-cü il tarixədək təmin edilməmiş, yalnız kənardan müdaxilə nəticəsində, yəni gömrük prosedurları və ödənişləri şöbəsinin 34/012/018149 nömrəli raportu əsasında 14 iyun 2023-cü il tarixdə aşkar edilmişdir. Bununla da, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 əməli təqsirli olaraq, barəsində protokol tərtib edilən hadisə üzrə əməli törətməsi müəyyən edilir. Hazırki is üzrə inzibati xəta gömrük qaydaları əleyhinə inzibati xəta olmaqla yanası, uzanan xətadır. Məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən belə hüquqi nəticəyə gəlinməsi də əsassız olmuşdur, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarı baxımından İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın “Uzanan hüquqpozuntusu” kimi qiymətləndirilməsi üçün əsas yoxdur, mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulan xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. İnzibati xəta hadisəsinin törədildiyi hesab olunarsa, malların konsiqnasiya yolu ilə ixrac olunduğu gündən, yəni 27 yanvar 2020-ci il tarixindən 180 gün sonra, yəni 28 iyul 2020-ci il tarixdə (180 gündən sonrakı növbəti gün) törədilmişdir, hüquqpozma baş verdiyi halda, bu tarix 27 iyul 2020-ci il tarixi hesab olunmalıdır. İnzibati xəta haqqında protokol həmin vaxtdan 1 ildən artıq müddət keçdikdən sonra tərtib edilmiş və həmin protokol əsasında da inzibati tənbeh tətbiq olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, həmin şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati tənbeh tətbiq olunması qanunsuz və əsassız olmuşdur, ona görə də mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 38, 53, 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava X4 İdarəsinin X2 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati cərimə növündə tənbeh tətbiq olunmasına dair 20 oktyabr 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5687/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5687/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver