Məhkəmə qərarları › İş №3(007)-5703/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5703/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5703/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi ilə, X1 Bakı şəhər BPİ-nin DYPİ-nin 27 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər BPİ-nin DYPİ-nin 27 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Qərardan şikayət vermiş X2 05 dekabr 2023-cü il tarixdə ayrıca ərizə ilə məhkəməyə müraciət edərək, sözügedən şikayətinə baxılmasına zərurət olmadığından şikayətin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi, şəxsin onun barəsində qəbul edilmiş qərardan şikayət vermək hüququ olduğu kimi, onu geri götürmək də onun hüququdur, ona görə hazırkı halda məhkəmə X1 bu hüququnu, verdiyi vəsatəti əsas götürərək şikayətin mahiyyəti üzrə baxılmadan geri qaytarılmasının mümkün olması qənaətinə gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 52, 118 və 128ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 vəsatəti təmin edilsin, onun Bakı şəhər BPİ-nin DYPİ-nin 27 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar