Məhkəmə qərarları › İş №3(007)-5709/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5709/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5709/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi – Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Q.Zakir küçəsində şübhəli şəxs kimi Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsinə gətirilərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsi tərəfindən müvafiq olaraq xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X3 məhkəməyə verdiyi izahatında protokolun məzmununa uyğun ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 20:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Q.Zakir küçəsində yerləşən 201 nömrəli məktəbin yaxınlığında xidmət apararkən polis əməkdaşları Kənan Qəmbərov tərəfindən idarə olunan avtomobilin şübhəli formada olmasını, avtomobilin küçənin qaranlıq olan hissəsində saxlanılmasını və arxa hissəsinin tamamilə qapalı olmasını görüb həmin avtomobilə yaxınlaşmış, bu zaman həmin vaxt avtomobilin qapısı bağlı olmuşdur. Avtomobildə olan şəxslər Kənana Qəmbərov və Şəxs vəziyyət soruşulduqda isə onlar arasında narazılıq baş vermişdir. Şəxsiyyətlərinin müəyyən olunması üçün polis şöbəsinə dəvət edilərkən hər ikisi onlara qarşı müqavimət göstərmiş və Şəxs tərəfindən polis maşınına zərər yetirilmişdir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Nizami RPİ-nin Post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X5 çıxış edərək bildirdi ki, Kənan Qəmbərov tərəfindən idarə olunan avtomobilin şübhəli formada olmasını, avtomobilin küçənin qaranlıq hissəsində saxlanılmasını və arxa hissəsinin tamamilə qapalı olmasını görüb onlara yaxınlaşmışdır. Avtomobili idarə edən Kənan Qəmbərov və Şəxs avtomobildən düşməyi və onlarla bölməyə gəlməyi bildirən zaman onlar tərəfindən polis əməkdaşlarına qarşı tabesizlik göstərilmiş, günahlarının olmadığı bildirilmiş və şəxsiyyət vəsiqəsini verməkdən imtina etmişlər. Şəxs tərəfindən polis maşınına zərər yetirilmiş və zərər 180 manat olaraq onlara ödənilmişdir. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Nizami RPİ-nin Post-patrul xidməti bölüyü polis nəfəri, polis kiçik serjantı X4 Bakı şəhəri Nizami RPİ-nin Post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X5 ilə eyni məzmunda ifadə vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 20:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Q.Zakir küçəsində avtomobildə olarkən polis əməkdaşları onlara yaxınlaşmış və onlarla birlikdə polis bölməsinə gəlmələrini və şəxsiyyətlərinin müəyyən edilməsini bildirmişdir. Lakin polis əməkdaşlarına ad, soyad və digər məlumatları vermişlər. Onun tərəfindən polis əməkdaşlarının avtomobilinə ziyan dəymiş və həmin məbləğ ödənilmişdir. Əməlindən peşmandır. Qeyd olunanların nəzərə alınaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Müdafiəçi Vəkil məhkəməyə verdiyi izahatında Şəxs əməlindən peşman olmasını, dəymiş ziyanın ödənilməsini bildirərək qeyd olunanların nəzərə alınaraq şəxs barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinəaid edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportla, xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol, şəxsin özünün etirafedici ifadəsi, iş materiallarına əlavə edilmiş CD disklə Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama və xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. İş materiallarındakı xx.xx.2024-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə tutulmuşdur. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 535.1-ci maddəsi ilə İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar