Məhkəmə qərarları › İş №3(007)-571/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-571/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-571/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhər BPİ-nin DYPİ-nin xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər BPİ-nin DYPİ-nin xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 Bakı şəhər BPİ-nin DYPİ-nin xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə mahiyyəti üzrə baxılmadan ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi, onun barəsində qəbul edilmiş qərardan şəxsin şikayət vermək hüququ olduğu kimi, onu geri götürmək də şikayət vermiş həmin şəxsin hüququdur, ona görə hazırkı halda da məhkəmə X1 bu hüququnu, verdiyi vəsatəti əsas götürərək şikayətin mahiyyəti üzrə baxılmadan geri qaytarılması qənaətinə gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 52, 118 və 128ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 vəsatəti təmin edilsin, onun Bakı şəhər BPİ-nin DYPİ-nin xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar