Məhkəmə qərarları › İş №3(007)-571/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-571/2022

05.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-571/2022 05.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Lənkəran Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 3(049)-104/2022 nömrəli qərardadı ilə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə tərtib olunmuş 12 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair materialın baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin material 03 mart 2022-ci il tarixdə xüsusi poçt vasitəsi ilə Lənkəran Rayon Məhkəməsindən bir ədəd zərfdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş, aid olmadığı halda, material həmin məhkəməyə daxil olmuş kimi səhvən elektron qaydada qeydiyyata alınmış, material 3(007)-571/2022 nömrəsi ilə təsadüfi paylanma qaydasında icraatıma verilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Yuxarıda qeyd olunanları, materialın səhvən qeydə alınması barədə dəftərxanadan təqdim olunmuş təqriri nəzərə alaraq, habelə material müvafiq indeks üzrə qeydə alınaraq nömrə verildiyinə görə məhkəmə aktı çıxarılmalı olduğundan, belə nəticəyə gəlirəm ki, inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109, 110 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Lənkəran Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 3(049)-104/2022 nömrəli qərardadı nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə tərtib olunmuş 12 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar