Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5714/2023 29.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanov Ramil Firdun oğlunun katibliyi, Qərarından şikayət verilən orqan - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin baş məsləhətçisi - Nümayəndə və X1nun iştirakları ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın tamamilə ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində tələbini onunla əsaslandırmışdır ki, X10 Bakı şəhər idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar yaşadığı ünvana xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə göndərilmişdir. X11 Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4000 manat cərimələndiyi göstərilmişdir. Qərarda müəyyən edilib ki, vətəndaş X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb olunmuş, X8 Bakı şəhər idarəsi bu səbəbdən onu inzibati qaydada cərimələmişdir. Bildirmişdir ki, vətəndaş X5 ilə arasızda hər-hansı əmək münasibətləri olmamış və onu əmək müqaviləsi olmadan hansısa işləri görməyə cəlb elməmişdir. Direktoru olduğu ictimai iaşə obyekti xidmət sahəsi üzrə vətəndaşlara xidmət göstərməklə məşğuldur. Rəhbərlik etdiyi ictimai iaişə obyektində əmək münasibətində olduğu bütün işçilərlə əmək müqaviləsi mövcuddur. X8 Bakı şəhər idarəsi tərəfindən inzibati icraat X6 barəsində başlanılmış, sonradan isə inzibati icraat ona qarşı yönəlmişdir. İnzibati icraat aparılan zaman ona bildiriş göndərilməyib və iş üzrə izahatı alınmayıb, vətəndaş X5 icraata cəlb olunmayıb. X8 Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş protokoldan xəbəri olmayıb və protokol onun iştirakı olmadan tərtib olunmuşdur. X8 Bakı şəhər idarəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv edilməlidir. Yuxarıda qeyd edilənləri, İnzibati Xətalar məcəlləsinin 53.75 və 100-cü maddələrini və qüvvədə olan Normativ hüquqi aktların tələblərini nəzərə alaraq məhkəmədən DƏMX Bakı şəhər İdarəsi tərəfindən, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN 11291063 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi Nümayəndə oğlu göstərmişdir ki, X4 vətəndaş Solmaz Abbasovanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etmişdir. O həftədə bir neçə dəfə işə cəlb olunmaqla, ödənişlər gündəlik olunmuşdur. Qeyd olunanlara əsaslanaraq şikayətin təmin edilməməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X12 çıxış edərək bildirdi ki, Solmaz Abbasova həftədə bir neçə dəfə işə cəlb olunmuş, əmək müqaviləsi bağlanmamasının səbəbi isə daimi işə cəlb olunmamasıdır. Belə ki şəxs həftədə bir neçə dəfə əmək haqqı gündəlik ödənilməklə işə cəlb olunmuşdur. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X4 vətəndaş Solmaz Abbasovanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etmişdir, buna görə İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. Şikayətçi qeyd edilən inzibati xətanın törədilməməsini bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vətəndaş Solmaz Abbasovanın işə cəlb olunması həm barəsində inzibati xətaya dair icraat aparılan şəxs X7, həm də Abbasova Solmaz tərəfindən verilmiş izahatlarda öz əksini tapmışdır. Belə ki, şəxsə əmək haqqız gündəlik ödənilmiş, həmçinin iş saatları barədə məlumatlar da izahatlarda qeyd olunmuşdur. Bununla da sübut olunur ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5714/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5714/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver