Məhkəmə qərarları › İş №3(007)-573/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-573/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-573/2021 12.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhəri Xətai RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Xətai RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Qərardan şikayət vermiş X2, onun barəsində qərar qəbul edilməsinə əsas olmuş, lakin özünün xəbəri və iştirakçısı olmadığı inzibati xətanın Xətai rayonunda baş verdiyini göstərərək, işin aidiyyəti üzrə həmin rayonun məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinin tələbinə uyğun olaraq qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət baxılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” x xxxxxx 2020-ci il tarixli qərarı ilə aşağıdakı nəticəyə gəlmiş və qərar qəbul etmişdir: “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir”. Şikayətdən və ona əlavə edilən sənədlərdən görünür ki, inzibati xəta xx xxxx 2020ci il tarixdə saat 17:20-də M.Hadi küçəsində törədilmişdir, hansı ki, həmin küçə Bakı şəhəri Xətai rayonunun inzibati ərazisində yerləşir. Qərardan şikayət verən X2 Bakı şəhəri Nizami rayonunda qeydiyyatda olsa da, şikayətə onun yaşayış yeri üzrə baxılması barədə vəsatət verməmiş, məhkəmə iclasında isə şikayətin aidiyyəti üzrə göndərilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası İXM-nin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Xətai RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından şikayətinə dair material baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar