Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5761/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi ilə, protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X1 iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi ev 8, mənzil 35 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında iş üzrə materiallardan görünür ki, Şəxs MMC 2021-ci il üzrə maliyyə hesabatlarının 2022-ci ildə auditini aparmamışdır. Bununla da o, İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 01 noyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X3 bildirdi ki, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən protokolda göstərilən pozuntu törədildiyi üçün barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edərək, Şəxs MMC barəsində inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X4 izahatında bildirdi ki, Şəxs MMC tərəfindən 2021-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsini 2022-ci ildə təmin edilmiş, audit yoxlaması nəticəsində müstəqil audit rəyi tərtib edilmiş, elektron sistemdə qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən keçirilmiş audit yoxlaması nəticəsində Şəxs MMC–nin 31 dekabr 2021-ci il tarixinə maliyyə hesabatı tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 2021-ci il üzrə maliyyə hesabatının məcburi auditi aparılmış, və Şəxs MMC –nin 31 dekabr 2021-ci il tarixinə maliyyə hesabatı tərtib edilmişdir. Həmin rəy Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə vaxtında təqdim edilmədiyindən MMC-nin barəsində 01 noyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin məhkəmə işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, MMC-nin təqsirli bilinərək inzibati qaydada tənbeh olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, yəni həmin MMC qanunvericiliklə nəzərdə tutulmuş halda həyata keçirilməli olan məcburi auditdən yayınmadığına görə Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5761/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5761/2023
28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver