Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5783/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X3, Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1973-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı, bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində barəsində İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində vəsifəsini yerinə yetirən polisin qanuni tələbinə tabe olmamışdır. Protokolun tərtib edilməsinə əsas olmuş iş materiallarında olan Bakı şəhəri BPİ DYİ-nin YPX baş inspektoru polis leytenantı X5 tərəfindən 24-cü Polis Şöbəsinin ünvanına tərtib edilmiş raportda göstərilir ki, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində “AUDİ” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən saxlanılan zaman sürücünün sərxoş olduğu aşkar edilmiş, bu zaman kənardan başqa bir şəxs müdaxilə edərək maşının ona məxsus olmasını bildirdi, səs-küy salaraq polisin işinə mane olmağa çalışdı. Qeyd olunan şəxs, yəni Şəxs Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinə təmin edilmiş və barəsində İXM-nin müvafiq maddəsi ilə protokol tərtib edilmişdi. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə inspektoru X4 məhkəməyə raportun və protokolun məzmununa uyğun ifadə vermişdir. Bakı şəhəri BPİ DYİ-nin YPX baş inspektoru polis leytenantı X5 məhkəmə iclasında çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində “AUDİ” markalı **- SA-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən saxlanılan zaman sürücünün sərxoş olduğu aşkar edilmiş, bu zaman kənardan başqa bir şəxs müdaxilə edərək maşının ona məxsus olmasını bildirmiş, səs-küy salaraq polisin işinə mane olmağa çalışmışdır. Daha sonra Şəxs polis şöbəsinə təmin edilmiş və onun barəsində İXM-nin 535.1-ci maddəsilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Nizami rayonu ərazisində yerləşən “Buğda”restoranına ad gününə dəvət olunmuş, məclisdə spirtli içki qəbul etmiş, tədbir yekunlaşdıqda isə onunla eyni məclisdə olan tanışı spirtli içki qəbul etmədiyini, onun nəqliyyat vasitəsini idarə edə biləcəyini bildirmiş, o da öz növbəsində həmin şəxsin ayıq olmasına inanmış və razılaşmışdır. Daha sonra polis əməkdaşı tərəfindən saxlanılan zaman sürücünü içkili olduğu aşkar olunmuş, o da polis əməkdaşı ilə deyil, onun nəqliyyat vasitəsini idarə edən sürücü ilə mübahisə etmişdir. Daha sonra polis əməkdaşından nəqliyyat vaistəsinin duracağa aparılmaması məqsədilə oğlunu çağırması üçün vaxt verməsini xahiş etmiş, lakin polis əməkdaşı ona məhəl qoymayaraq onu şöbəyə təmin etmiş və barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsaslanaraq onu tərəfindən polisə tabesizlik göstərilmədiyini bildirdi və barəsində aparılan inzibati xətaya dair icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi məhkəmə iclasında çıxış edərək bildirdi ki, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi yoxdur, onun tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərilməmişdir. Şəxsin hərəkətlərində inzibati xəta tərkibinin əlamətlərinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının təyin edilməsi barədə protokola əsasən Şəxs orta dərəcəli sərxoşluq vəziyyəti müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 05 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X6 30 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5783/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5783/2023
16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver