Məhkəmə qərarları › İş №3(007)-5798/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5798/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5798/2023 04.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Qurbanov Ramil Firdun oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (şikayət verən) – X2, müdafiəçi – Nümayəndə2 və qərarından şikayət verilən orqanın nümayəndəsi X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (şikayət verən) X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Dövlət Yol polisi İdarəsi tərəfindən tərtib olunmuş TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (şikayət verən) X4 Azərbaycan Respublikası DİN Bakı şəhər Dövlət Yol polisi İdarəsi tərəfindən tərtib olunmuş TP ******* qərarından məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi **-CK-*** dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobillə hərəkətdə olan zaman M.Əliyev küçəsində polis əməkdaşları tərəfindən saxlanılmış, maşının konstruksiyasına dəyişiklik olunduğunu qeyd edərək barəsində inzibati xətaya dair İXM-nin 342.5, 342.2.2-ci maddələri ilə protokol tərtib olunmuşdur. Belə ki qeyd olunan protokol dərhal deyil, xx.xx.2023-cü il tarixdə tərtib olunmuş və həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə inzibati xətaya dair qərar çıxarılmışdır. Şikayətində qeyd etdi ki, onun tərəfdən maşının konstruksiyasına dəyişiklik edilməmiş, maşına qaynaq edilmiş səsboğucu yalnız bəzək funksiyası daşımış, mühərrikin səs gücünün artırılmasına hər hansısa təsiri olmamışdır. Qeyd olunanlara əsaslanaraq İXP ******* saylı protokol əsasında qəbul edilmiş TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək bildirdi ki, şikayət əsassızdır. Belə ki, vətəndaş X2 idarə etdiyi “BMW” markalı nəqliyyyat vasitəsinə konstruksiya dəyişikliyi edilmiş, səsboğucu nəqliyyat vasitəsinə qaynaq olunmuşdur. Beləliklə qeyd olunan dəyişiklik bəzək funskiyası daşımış olsa belə, konstruksiya dəyişikliyi hesab olunduğuna görə inzibati xəta haqqında qərar əsaslı olaraq tərtib edilmişdir. Qeyd olunanlara əsaslanaraq şikayətin təmin olunmamasını və xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait edilməlidir. 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; İş materiallarına əsasən müəyyən edilmişdir ki, X4 İXM-nin 342.5, 342.2.2-ci maddələri ilə təqsirli bilinib 150 manat məbləğində cərimə olunmuşdur. Lakin protokol və qərar tərtib olunan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar kifayət qədər araşdırılmamışdır. Belə ki, nəqliyyat vasitəsinə qaynaq edilmiş səsboğucunun bəzək olması, avtomobilin idarə edilməsinə təsir edib-etməməsi, mühərrikin səs gücünü artiribartırmaması (mühərrikə müdaxilə qismində birləşdirilb-birləşdirilməməsi) kimi hallar araşdırılmadan X4 barəsində inzibati xəta haqqında protokol və qərar çıxarılmışdır. Qeyd olunan halların araşdırılması məqsədilə protokol əsasında çıxarılmış TP ******* saylı qərar ləğv edilməli və yenidən araşdırılması məqsədilə Bakı şəhər DYPİ-yə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsində İXM-nin 342.2.2 və 342.5-ci maddələri ilə Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında işə yenidən baxilması üçün Bakı şəhər DYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar