Məhkəmə qərarları › İş №3(007)-58/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-58/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-58/2023 23.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələsgərov Elvin Hidayət oğlunun katibliyi ilə, X1 Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin 03 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin 03 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayətə baxılması ilə əlaqədar zəruri olduğundan, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan, 23-cü polis bölməsində toplanmış material və material üzrə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi və inzibati icraatın başlanması barədə qərar aidiyyəti üzrə sorğu verilməklə tələb olunmuşdur. Qərardan şikayət vermiş X2 21 fevral 2023-cü il tarixdə ayrıca ərizə ilə məhkəməyə müraciət edərək, sözügedən şikayətinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini göstərmiş və şikayətin mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi, şəxsin onun barəsində qəbul edilmiş qərardan şikayət vermək hüququ olduğu kimi, onu geri götürmək də onun hüququdur, ona görə hazırkı halda məhkəmə X1 bu hüququnu, verdiyi vəsatəti əsas götürərək şikayətin mahiyyəti üzrə baxılmadan geri qaytarılmasının mümkün olması qənaətinə gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 52, 118 və 128ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 vəsatəti təmin edilsin, onun Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin 03 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar