Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5818/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi, X1 və qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə2 iştirakları ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək Bakı şəhər BPİ DYPİ-nin tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, Etibarnamə əsasında idarə etdiyi 2014-cü il buraxılışlı, «HYUNDAİ ELANTRA» markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhərinin Babək prospektində Bakı şəhəri DYPİ Yol patrul Xidməti inspektoru X4 tərəfindən saxlanmış, “Yol nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinin tərəfindən pozulması və avtomobil üzərində olan işığın qadağan olunması bildirilmiş, buna görə də İXM-nin 327.1-ci maddəsinin, yəni yol nişanlarının tələblərinə riayət edilməməsi, 342.2.2-ci maddəsinin, yəni nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə barəsində inzibati xəta haqqında 30 oktyabr 2023-cü il tarixli, İXP seriyalı ******* №-li protokol tərtib etmiş və bunun əsasında o, xx.xx.2023-cü il tarixli, TP 610586 nömrəli qərarla 150 (yüz əlli) manat cərimə olunmuşdur. Protokol düzgün tərtib olunmamış, zavod istehsalı olan avtomobillərdə duman əlehinə işıqlarda zavodun özünün istehsalı olan işıq yayıcısı olur, inspektor isə bildirmişdir ki, duman əlehinə olan işıqlara guya müdaxilə etmişdir. İşığa madaxilə etmədiyini, sarı işıq əvəzinə ağ işıq qoyulduğunu, lakin işıq yayıcı olduğundan qarşıdan gələn nəqliyyat vasitəsinə maneə törətmədiyini, bunun isə normativ tələblərə uyğun olduğunu bildirsə də, o, onunla razılaşmayaraq qanunsuz olaraq protokol tərtib etmiş, avtomobil cərimə meydançasına qoyulmuş, adı çəkilən işıq yenisi ilə əvəz edildikdən sonra avtomobil özünə verilmişdir. İnspektorun hərəkəti qanunsuzdur, hərəkətində heç bir inzibati xəta pozuntusu olmamışdır, ona görə də onun tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 30 oktyabr 2023-cü il tarixli, İXP seriyalı protokol və onun əsasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak etmiş X2 çıxış edərək bildirdi ki, idarə etdiyi 2014-cü il buraxılışlı, «HYUNDAİ ELANTRA» markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobildə o, sarı işıq əvəzinə ağ işıq qoymuşdur. Lakin onun avtomobilində işıq yayıcılar vardır. Bu səbəbdən qarşıdan gələn nəqliyyat vasitəsinə maneə törətmir. Qeyd olunanları nəzərə alaraq şikayətin təmin olunmasını və əqrarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə2 çıxış edərək bildirdi ki, X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilmişdir. Belə ki, həmin avtomobildə sadə sarı işıq olmalıdır, şəxs özü də nəqliyyat vasitəsində sarı işıqların ağ led işıqla əvəz edildiyini etiraf edir, bu, qanunla qadağan olunmuşdur, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsində də konkret olaraq bu hal qeyd olunmuşdur. Şikayət ərizəsi əsassızdır, inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X6 xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində “Hyundai Elantra” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ünvanında yol nişanlarının tələblərinə riayət edilməməsinə görə 327.1-ci maddəsi ilə və nəqliyyat vasitəsinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdirr.Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2014-cü il buraxılışlı “Hyundai Elantra” minik markalı avtomobillərin fənər işıqlarının zavod üsulu ilə istehsal olunmuş versiyasında sadə sarı işıqlar nəzərdə tutulmuşdur. Beləliklə, şikayətçi tərəfindən avtomobilə led işıqların quraşdırılması normativ tələblərin pozuntusu kimi qiymətləndirilməlidir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5818/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5818/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver