Məhkəmə qərarları › İş №3(007)-5845/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5845/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5845/2023 17.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil, protokol tərtib edən şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə inspektoru X1 və DİN ƏÇPA-nın 5-ci PB-nün polis nəfəri Elşən Sadıqovun iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs, xx.xx.2023.2023-cü il tarixdə, saat təxminən 00:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi yaxınlığında polisin qanuni tələblərinə tabe olmamış, protokolu tərtib etmiş səlahiyyətli şəxsin mövqeyinə görə İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə inspektoru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, vətəndaş Şəxs barəsində raportla şöbəyə müraciət olunmuş, vətəndaş barəsində onun tərəfindən İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən DİN ƏÇPA-nın 5-ci PB-nün polis nəfəri Elşən Sadıq oğlu çıxış edərək bildirdi ki, xx.xx.2023.2023-cü il tarixdə, saat təxminən 00:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi yaxınlığında vətəndaş Şəxs dostu olan digər şəxslə birgə idarə etdiyi “KİA” Markalı üzərində tranzit nömrə nəqliyyat vasitəsini saxlamış, onlar nəqliyyat vasitəsinə yaxınlaşaraq maşına aid sənədləri tələb etmiş, şəxs isə hansı səbəbdən onlara sənəd təqdim etməli olduğunu bildirmiş, YPX əməkdaşlarının çağırılmasını tələb etmiş, onların buna səlahiyyətinin olmadığını bildirmişdir. Daha sonra vətəndaş özünə xəsarət yetirmişdir. Bu səbəbdən həmin şəxs tərəflərindən 24-cü Polis Şöbəsinə təmin edilmiş, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirdi ki, hadisə baş verən gün o dostunu evinə aparmış, evin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşmış maşına aid sənədləri tələb etmişlər, o isə öz növbəsində YPX əməkdaşlarının çağırılmasını tələb etmiş, polis əməkdaşlarının onun üzərinə gəlməsindən qorxaraq özünə xəsarət yetirmişdir. Lakin onun tərəfindən polis əməkdaşına qarşı hər hansısa tabesizlik olmamış, əksinə polis əməkdaşı tərəfindən kobud rəftara məruz qalmışdır. Barəsində tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil məhkəmə iclasında çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi yoxdur, onun tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərilməmişdir. Polis tərəfindən tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Şəxsin həmin əməli törətməsi ilə bağlı polis əməkdaşlarının heç bir sübutu yoxdur. Şəxsin hərəkətlərində inzibati xəta tərkibinin əlamətlərinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan DİN ƏÇPA-nın 5-ci PB-nün polis nəfəri Elşən Sadıqovun Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin ünvanına tərtib edilmiş raportda göstərilir ki, xx.xx.2023.2023-cü il tarixdə, saat təxminən 00:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi yaxınlığında vətəndaş Şəxs dostu olan digər şəxslə birgə idarə etdiyi “KİA” Markalı, üzərində tranzit nömrə olan nəqliyyat vasitəsini saxlamış, onlar nəqliyyat vasitəsinə yaxınlaşaraq maşına aid sənədləri tələb etmiş, şəxs isə hansı səbəbdən onlara sənəd təqdim etməli olduğunu bildirmiş, YPX əməkdaşlarının çağırılmasını tələb etmiş, onların buna səlahiyyətinin olmadığını bildirmişdir. Daha sonra vətəndaş özünə xəsarət yetirmişdir. Lakin raportda və protokolda qeyd olunan hərəkətlərin şəxs tərəfindən törədilməsinə dair hər hanısa sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında təqdim edilmiş CD diskə baxış keçirilən zaman raportda və protokolda qeyd olunanlar öz əksini tapmamışdır. Həmçinin iş materiallarında olan akt raport və izahatda qeyd olunanlar, həmçinin məhkəmə iclası zamanı verilmiş ifadələr arasında uyğunsuzluq müəyyən edilmişdir ki, bu kimi halların barəsində icraat aparılan şəxsin xeyrinə həll olunması məhkəmə tərəfindən məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin şəxsin təqsirləndirildiyi əməl kimi göstərilmiş və şəxsə qarşı İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş protokolda, göstərilmiş əməldə inzibati xəta tərkibinin mövcud olması sübut olunmur. İş materiallarında olan protokoldan, raportdan, Şəxs məhkəməyə verdiyi ifadəsindən bəlli olur ki, Şəxs polis əməkdaşlarına tabesizlik nümayiş etdirməmişdir,sadəcə polis əməkdaşlarının yaxınlaşmasında qorxub özünə xəsarət yetirmişdir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə zalında həbsdən azad edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 18 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar