Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5849/2023 17.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi X4 Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə inspektoru X3 iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində barəsində İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:50 radələrində spirtli içkinin təsiri altında vəsifəsini yerinə yetirən polisin qanuni tələbinə tabe olmamışdır. Protokolun tərtib edilməsinə əsas olmuş iş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsi DYPŞ-nin YPX inspektorları Turan Ceyidov və Fərid Məmmədzadə tərəfindən 24-cü Polis Şöbəsinin ünvanına tərtib edilmiş raportda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:50 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı **- AF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qara Qayev prospektində hərəkətdə olan zaman nizamlanmayan piyada keçidində piyadaya yol vermədiyi üçün onlar tərəfindən saxlanılmış, özlərini təqdim edib, yol verdiyi qayda pozuntusu ona izah edilmiş, bu zaman sürücüdən kəskin spirt qoxusu gəldiyindən sənədləri tələb olunmuş, lakin sürücü agressiv şəkildə onlara hədə qorxu gələrək, onların ünvanında nalayiq ifadələr işlətmişdir. Beləliklə o, polis əməkdaşının qanuni tələblərinə tabe olmamış, hörmətsizlik etmişdir. Bu səbəbdən onun barəsində İXM-nin müvafiq maddəsi ilə protokol tərtib edilmişdi. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə inspektoru X5 məhkəməyə raportun və protokolun məzmununa uyğun ifadə vermişdir. Nizami rayon Polis İdarəsi DYPŞ-nin YPX inspektorları Turan Ceyidov və Fərid Məmmədzadə məhkəmə iclasında çıxış edərək bildirdilər ki, xx.xx.2023-cü il tarixdə Qara Qarayev prospektində xidmətdə olan zaman Şəxs idarə etdiyi “Hyundai Sonata” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman nizamlanmayan piyada keçidində piyadaya yol vermədiyi üçün onlar tərəfindən saxlanılmış, yol verdiyi qayda pozuntusu ona izah edilmiş, bu zaman sürücüdən kəskin spirt qoxusu gəldiyindən sənədləri tələb olunmuş, lakin sürücü agressiv şəkildə onlara hədə qorxu gələrək, onların ünvanında nalayiq ifadələr işlətmişdir. Daha sonra sürücü polis şöbəsinə təmin edilmiş və onun barəsində İXM-nin 535.1-ci maddəsilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, törətdiyi əməldən peşmandır, etdiyi hərəkətlərə görə polis əməkdaşlarından üzr istəyir, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X4 məhkəmə iclasında çıxış edərək bildirdi ki, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Həmçinin xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:50 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının təyin edilməsi barədə protokola əsasən Şəxs orta dərəcəli sərxoşluq vəziyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş CD diskə məhkəmə iclası zamanı baxış keçirilmiş və Şəxs tərəfindən müvafiq əməlin törədilməsi öz əksini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X2 18 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5849/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5849/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver