Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5855/2023 29.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X2, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin vəkili-Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Abşeron rayonunun Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Saray qəsəbəsi, Ə.Vahid küçəsi ev 6-da qeydiyyatda olan, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 14 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs vəzifəli şəxsi, direktoru olduğu "xxxx" MMC-nin borclu olduğu və bir icraatda birləşdirilmiş - 60883,9 manat məbləğində borcun "xxxx" MMC-dən Zərərçəkmiş şəxs1 MMC-nin xeyrinə tutulmasına dair Bakı Kommersiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli e-2-2(113)-2355/2022 nömrəli, 33107,27 manat məbləğində borcun "xxxx" MMC-dən “X1 İthalat İhracat Sanayi və Dış Ticaret Limited” şirkətinin xeyrinə tutulmasına dair Bakı Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli e-2-2(113)-5699/2022 nömrəli, 17810,48 ABŞ dolları məbləğində borcun və 200 manat dövlət rüsumunun "xxxx" MMC-dən Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə tutulmasına dair Bakı Kommersiya Məhkəməsinin 15 may 2023-cü il tarixli e-2- 2(113)-1139/2023 nömrəli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X3 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs rəhbəri olduğu "xxxx" MMC-dən Zərərçəkmiş şəxs1 MMC-nin xeyrinə tutulmalı olan pul vəsaiti tam olaraq ödənilmiş, digər tələbkarlarla bağlı icra sənədlərinə münasibətdə də razılıq əldə olunmuş, belə olan halda inzibati xəta haqqında işə baxılması ilə bağlı zərurət aradan qalxmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin vəkili Vəkil qeyd olunan əsasla iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş hüquqi şəxslər “X1 İthalat İhracat Sanayi və Dış Ticaret Limited” şirkətinin və Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndələri məhkəmə iclaslarında iştirak etməmişlər, məhkəmə işin faktiki hallarını nəzərə almaqla, həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru olduğu "xxxx" MMC-dən 60883,9 manat məbləğində borcun Zərərçəkmiş şəxs1 MMC-nin xeyrinə tutulmasına dair Bakı Kommersiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli e-2-2(113)-2355/2022 nömrəli icra sənədi tam olaraq icra edilmişdir, həmin hüquqi şəxsin vəkili qeyd olunan əsasla iş üzrə icraata xitam verilməsinə etiraz etmir, habelə, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru digər icra sənədlərinin icrası ilə bağlı razılıq əldə edildiyini, belə olan halda inzibati xəta haqqında işə baxılması ilə bağlı zərurət aradan qalxdığını qeyd etməklə, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı artıq aradan qalxmışdır, ona görə şəxsin həmin əmələ görə inzibati qaydada tənbeh edilməsinə əsas qalmamışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə həmin şəxsin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5855/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5855/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver