Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5876/2025 19.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Həsənova Kəmalə Qədir qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallar baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən 229 saylı tam orta məktəbin yaxınlığında “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının aralı olduğunu görmüş və avtomobildən, X1 məxsus “Xiaomi Redmi 9” markalı telefonu götürərək oğurluq etmişdir. Bundan başqa, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 39 ünvanının qarşısında dayanan “Fiat Doblo” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobildən X2 məxsus içərisində bank kartları, sənədlər və 24 AZN olan pul qabını götürərək oğurluq etmişdir. Bu barədə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X4 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli; Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X3 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(007)-5875/2025, 3(007)-5876/2025 saylı inzibati materiallar bir icraatda birləşdirilməli və bir icraatda birləşdirilmiş materiala 3(007)-5875/2025 saylı nömrə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: 3(007)-5875/2025, 3(007)-5876/2025 saylı inzibati materiallar bir icraatda birləşdirilsin və bir icraatda birləşdirilmiş materiala 3(007)-5875/2025 saylı nömrə verilsin. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-5876/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5876/2025
19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver