Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5893/2025 24.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Həsənova Kəmalə Qədir qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallar baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs 21 dekabr 2025-ci il tarixdə ünvan 1 ünvanında X1 məxsus “Az Samand” markalı avtomobilin ön dövlət qeydiyyat nişanını oğurlamışdır. Bundan başqa, Şəxs 21 dekabr 2025-ci il tarixdə ünvan 2 ünvanın qarşısında şəhid Vüqar Cəfərovun adına tikilmiş şəhid bulağında quraşdırılmış iki ədəd su krantını oğurlamışdır. Bu barədə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X2 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli; MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(007)-5892/2025, 3(007)-5893/2025 saylı inzibati materiallar bir icraatda birləşdirilməli və bir icraatda birləşdirilmiş materiala 3(007)-5892/2025 saylı nömrə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq QƏRARA A L D İ: 3(007)-5892/2025, 3(007)-5893/2025 saylı inzibati materiallar bir icraatda birləşdirilsin və bir icraatda birləşdirilmiş materiala 3(007)-5892/2025 saylı nömrə verilsin. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-5893/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5893/2025
24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver