Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5933/2025 12.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5, kisi Bakı şəhər BPİ X14 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhər BPİ X14 İdarəsinin polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 51127 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: X9 Bakı şəhər BPİ X14 İdarəsinin polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 51127 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri BPİ X14 İdarəsinin polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək məhkəmədən həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə bu işə açıq məhkəmə iclasında baxaraq şikayətini qismən təmin etmiş, Bakı şəhəri BPİ X14 İdarəsinin polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv etmişdir. Haqqında inzibati xətaya dair materiallar yenidən baxılması üçün BPİ X14 İdarəsinə göndərilmişdir. BPİ X14 İdarəsinin polis mayoru X6 yenidən heç bir dəlil sübut görsətmədən onun haqqında 17 oktyabr 2025-ci il tarixində inzibati tənbeh vermə haqqında 51127 nömrəli qərar qəbul etmişdir. O, iki dəfə polis mayoru X3 qəbulunda olaraq kamera görüntülərini göstərərək onun barəsində iddia olunan inzibati xətanın sübut olunmasını xahiş etsə də, ona sübut təqdim etməkdən imtina edilmişdir. Halbuki, 26 iyul tarixində onun şikayəti əsasında mobil telefonuna mesaj gələrək şikayətinin araşdırılması üçün BPİ DYPİ, 206-cı otaqda polis kapitanı T.Qasımov tərəfindən araşdırma zamanı ona kamera görüntüləri təqdim olunmuşdur. Tam əminliklə bildirir ki, kamera görüntülərində açıq aşkar görünür ki, o, dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verdikdən sonra münasib vaxtda hərəkətə başlamışdır. Halbuki, polis mayoru X3 çıxardığı inzibati tənbeh vermə haqqında 51127 nömrəli qərarında iddia etmişdir ki, o, 11 iyun 2025-ci il tarixində saat 17:55 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov, Dakar dairəsində hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verməmişdir. Bildirir ki, Bakı şəhər BPİ X14 İdarəsinin polis mayoru X6 və YPX inspektoru, polis kiçik serjantı X2 bilərəkdən və ya bilməyərəkdən səhv qərar verməsi nəticəsində 6 aydan çox müddətdir ki, o, həm maddi həm də mənəvi əziyyət çəkir. Dəfələrlə Bakı şəhəri BPİ-nə getmək məcburiyyətində qalmışdır. Haqqında çıxan qərarları özü götürmüşdür. Bu qərarların vaxtında vətəndaşa çatdırılması inzibati orqanın borcudur. İki dəfə məhkəməyə və Bakı şəhər BPİ-nə gəlmək üçün səfərini yarımçıq qoyub Goranboy rayonu Tapqaraqoyunlu kəndindən Bakıya gəlmək məcburiyyətində qalmışdır. O, haqqında verilmiş qərarı xx.xx.2025-ci il tarixdə rəsmi olaraq Bakı şəhəri BPİ-nin dəftərxanasından özü götürmüşdür. Üç gün sonra mobil telefonuna mesaj göndərilərək ona məxsus olan “Toyota Rav-4” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə məhdudiyyət (həbs) qoyulmuşdur. Qeyd edilənlərə əsasən Bakı şəhər BPİ X14 İdarəsinin polis mayoru X6 tərəfindən qəbul edilmiş, xx.xx.2025-ci il tarixli, 51127 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhər BPİ X14 İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada etiraz ərizəsi ünvanlamışdır. Etiraz ərizəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış X9 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri DYPİ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında 51127 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Bununla razılaşmayaraq qeyd edir ki, YPX inspektoru polis kiçik serjantı X4 bildirmişdir ki, 11 iyun 2025-ci il tarixində saat 17:55-radələrində xidmətdə olan zaman Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi Dakar dairəsində hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verməyərək “TOYOTA RAV-4” minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolayrıcını keçmə qaydasını pozduğuna görə saxlamış və xətanın mahiyyəti izah edilməklə X9 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin vaxt ərazidə xidmət aparan Bakı şəhəri BPİ DYPİ-nə bilavasitə tabe olan YPXA-nın YPX inspektoru polis kiçik serjantı X4 tərəfindən qayda pozuntusu bilavasitə aşkar edilərək sürücü saxlanılmış, barəsində tədbir görülmüşdür. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Göründüyü kimi sürücü X9 11 iyun 2025-ci il tarixində saat 17:55-radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, Dakar dairəsində hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verməyərək “TOYOTA RAV-4” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolayrıcını keçmə qaydasını pozmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Xaliq Həsənovun şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X9 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhər BPİ X14 İdarəsinin polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 51127 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ X14 İdarəsinin nümayəndəsi Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən Xaliq Həsənovun şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhər BPİ X14 İdarəsinin polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, 51127 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 11 iyun 2025-ci il tarixində saat 17:55-radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, Dakar dairəsində hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verməyərək “TOYOTA RAV-4” minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolayrıcını keçmə qaydasını pozmuşdur. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X7 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, 51127 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X5 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Bakı şəhər BPİ X14 İdarəsinin polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 51127 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-5933/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5933/2025
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver