Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-594/2021 28.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X2, xx.xx.1976-cı ildə Özbəkistan Respublikası, Daşkənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisi Emin Çələbiyev tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisi Emin Çələbiyevin inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərarına əsasən, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə olunmuşdur. X2 Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisi Emin Çələbiyevin qəbul etdiyi xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. X2 şikayət ərizəsindən görünür ki, o, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşı polkovnik-leytenant Mehnur Mirzəyev onun xx xxxxxx 2021-ci i tarixdə, saat 13:40-da xüsusi karantin rejimi dövründə epidemiya qaydalarının tələblərini pozaraq icazəsiz hərəkət etdiyini aşkar edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyini müəyyən edərək, barəsində xx xxxxxx 2021-ci il tarixli, MN 08770096 saylı İnzibati xəta haqqında Protokol tərtib etmişdir. Hesab edir ki, adıçəkilən protokol etibarsız hesab olunmaqla, həmin protokol əsasında qəbul edilmiş qərar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokolun tərtib edildiyi yəni xx xxxxxx 2021-ci il tarixdə səbəti ilə bağlı həkim müayinəsinə getmək üçün 1 indeksi üzrə 8103 qısa nömrəsinə sms göndərmişdir. Cavab sms-i gəldikdən sonra o, yaşadığı ünvanı tərk etmişdir. Hakim qəbulunda müayinəsi vaxt apardığından eyni zamanda evə müəyyən zəruri ərzaq məhsulları un alınmalı olduğunu nəzərə alaraq o, həkim qəbulundan çıxmağına az bir müddət qalmış 2 perifeksi üzrə 8103 qısa nömrəsinə sms göndərmişdir. Göndərdiyi sms-ə müvafiq icazə xarakterli cavab gəldikdən sonra o, xəstəxandan çıxaraq yaşadığı ünvan istiqamətində yola düşmüşdür. Taksi ilə hərəkətdə olan zaman Heydər Əliyev prospektində Alov parkın yanında yerləşən stasionar postda aparılan yoxlama zamanı onun 8103 qısa nömrəsinə sms olaraq göndərdiyi mətndə şəxsiyyət vəsiqəsinin nömrəsində mexaniki səhvə yol verdiyi müəyyən olunaraq 23-cü Polis Bölməsinin əməkdaşı polkovnik-leytenant Mehnur Mirzəyev tərəfindən İXM-nin 211.1-ci maddəsinin tələbləri baxımından inzibati qaydada cərimələnmişdir. Qeyd edir ki, o, 8103 qısa nömrəsinə sms göndərən zaman şəxsiyyət vəsiqəsinin nömrəsi olan 14174784 əvəzinə mexaniki səhvə yol verərək 14774784 nömrəsi göndərmişdir. Şikayət ərizəsinə əlavə etdiyi ekran görüntüsündən onun 8103 qısa nömrəsinə sms göndərən zaman mexaniki səhvə yol verdiyi müəyyən olunur. Buna görə də R.Ə.Xəlilov Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisi Emin Çələbiyev tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında şikayətini və xahişini müdafiə etdi. Səlahiyyətli orqan Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli Qərarının 1 və 2-ci bəndlərinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılmışdır. Müəyyən edilmişdir ki, insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli qərarının 2-ci hissəsində göstərilmişdir ki, müəyyən edilsin ki, insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 mart saat 00:00dək uzadılmışdır. Qeyd edilən normanın tələbindən göründüyü kimi, həmin dövrdə yuxarıda qeyd olunan bir sıra hallar istisna olunmaqla insanların fərdi evlərdən və mənzillərdən çıxışı qeyri-mümkün (qadağan edilmişdir) hesab edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, COVİD 19 ilə bağlı hazırkı vəziyyətlə əlaqədar hər bir şəxs kimi ərizəçi də tibbi profilaktik qaydalara əməl etməli, evdən yalnız ciddi ehtiyac yarandığı hallarda (təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda və məişət tullantılarının atılması hallarında) çıxmalı olduğu halda bunu etməmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində əhali arasında yoluxucu və qeyri-yoluxucu kütləvi xəstəliklərin, zəhərlənmələrin yayılmasının qarşısını almağa və ləğv edilməsinə yönəldilmiş xüsusi hərəkət rejimi şərtlərinin qoyulması və ləğv edilməsi Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının səlahiyyətinə aid edilmişdir. Həmin Qanununun 2-ci maddəsinə əsasən bütün vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. X1 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, R.Ə.Xəlilovun yalnız formal mülahizələrinə əsaslanaraq, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Bununla da işdə olan sübutlarla Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisi Emin Çələbiyev tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisi Emin Çələbiyev tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-594/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-594/2021
28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver