Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5966/2023 24.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsi tərəfindən Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokola dair material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş materialın öyrənilməsi ilə müəyyən olunur ki, 25-ci polis şöbəsinin sahə inspektoru Kamil Əsgərov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə 14 noyabr 2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında 25-ci polis şöbəsinin rəisi Turab Paşayev tərəfindən qəbul olunmuş 14 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə 80 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Şəxs MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməsi zamanı ictimai yerdə xırda xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün sahə inspektoru Kamil Əsgərov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 15 noyabr 2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında 25-ci polis şöbəsinin rəisi Turab Paşayev tərəfindən qəbul olunmuş 15 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Göründüyü kimi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 15 noyabr 2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edildikdən sonra, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmiş, həmin protokol əsasında 25-ci polis şöbəsinin rəisi tərəfindən işə baxılaraq qərar qəbul olunmuş, 15 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarla Şəxs inzibati qaydada tənbeh edilmişdir. Belə olan halda, materialın məhkəmədə baxılmasına hüquqi əsaslar yoxdur, işin məhkəmə icraatı mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında protokol üzrə işə baxılaraq qərar qəbul edildiyindən, materiala məhkəmədə baxılması üçün hüquqi əsaslar olmadığından geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş 15 noyabr 2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5966/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5966/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver