Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-597/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, Şəxs-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 20 dekabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs istifadəsində olan nəqliyyat vasitəsini 07 noyabr 2022-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs-nin nümayəndəsi və ya vəkili, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. "xxxx" MMC-dən daxil olmuş yazılı etirazda göstərilmişdir ki, "xxxx" MMC (qeydiyyat nömrəsi VÖEN **********) adını dəyişərək xx.xx.2016-ci il tarixdə adını "xxxx" MMC-yə, xx.xx.2019-cu il tarixdə isə "xxxx" MMC dəyişdirmişdir. Yəni, hal-hazırda Cəmiyyətin adı "xxxx" MMC-dir. Aldıqları SMS bildirişə əsasən, "xxxx" MMC 3(007)-597/2023 nömrəli iş üzrə AR İXM-nin 347-ci maddəsi üzrə inzibati xəta haqqında icraat aparılan şəxs qismində cəlb edilmişdir. Bildirişi aldıqdan sonra, məsələni araşdıraraq, müəyyən etmişlər ki, Cəmiyyətə məxsus **-AS-*** dövlət qeydiyyat nömrəli “Lexus ES350 minik” markalı nəqliyyat vasitəsini idarə edən şəxs barədə sorğu X3 tərəfindən "xxxx" MMC-nin ünvanına göndərilmişdir. Lakin, Cəmiyyət faktiki olaraq bu sorğunu almamışdır. Güman edirlər ki, sorğu Cəmiyyətin hüquqi ünvanı olan, AZ1118, ünvan 1dir. Cəmiyyətin faktiki fəaliyyət göstərdiyi ünvan Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 95B olduğundan, sorğu müvafiq ünvana göndərilməmiş və Cəmiyyətə daxil olmamışdır, nəticədə sorğuya cavab verilməmişdir. Cəmiyyətə məxsus **-AS-*** dövlət qeydiyyat nömrəli “Lexus ES350 minik” markalı nəqliyyat vasitəsi X1 (sürücülük vəsiqəsinin seriyası AF 029957) tərəfindən idarə olunur. Sorğu Cəmiyyətin fəaliyyət göstərdiyi ünvana daxil olduğu təqdirdə, ona cavab olaraq yuxarıda qeyd olunan məlumat vaxtında təqdim olunardı. Hesab edirlər ki, Cəmiyyətin vəzifəli şəxsinin hərəkətlərində inzibati xəta tərkibinin yoxdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-si tərəfindən Şəxs-yə ünvanlanmış bildirişdən görünür ki, MMC-yə məxsus “Lexus ES350 minik” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 07 noyabr 2022-ci il tarixdə saat 13:03-də Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır; 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir; 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Məhkəmə bununla bağlı qeyd edir ki, ilk növbədə inzibati xəta haqqında protokolun tərtibi zamanı İXM-nin 75-ci maddəsində göstərilənlərə əməl edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokol Şəxs-nin barəsində tərtib olunsa da, məhkəmə iclasında müəyyən edilmişdir ki, belə bir MMC, hüquqi şəxs mövcud deyildir, “Kommersiya qurumunun dövlət reyestrindən çıxarış”larla təsdiq olunur ki, 10 iyul 2014-cü il tarixdə qeydiyyata alınmış Şəxs 09 iyun 2016-cı il tarixdə "xxxx" MMC kimi, həmin MMC isə 21 yanvar 2019-cu il tarixdə "xxxx" MMC kimi qeydiyyata alınmışdır. Belə olan halda, inzibati xəta törətmiş şəxs düzgün müəyyən olunmamışdır. Belə olan halda, “Lexus ES350 minik” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətində və istifadəsində olmayan, ümumiyyətlə Şəxs adı ilə mövcud olmayan hüquqi şəxsin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunaraq təqsirlilik məsələsinin müzakirəsi üçün əsaslar yoxdur. Bundan başqa, Nizami RPİ-nin DYPŞ-nin yuxarıda istinad olunan sorğusu “Lexus ES350 minik” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı istifadəçisi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmayan "xxxx" MMC-nin faktiki yerləşdiyi, fəaliyyət göstərdiyi ünvana - Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 95B-yə göndərilməmişdir, əks halda həmin hüquqi şəxs tərəfindən hazırda məhkəməyə müvafiq sübutlar təqdim edildiyi kimi, inzibati araşdırmanı aparan orqana da təqdim ediləcəyi istisna olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hüquqi şəxs kimi mövcud olmadığından və belə bir MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-597/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-597/2023
28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver