Məhkəmə qərarları › İş №3(007)-5972/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5972/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5972/2023 13.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə, X2 Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 22 sentyabr 2023-cü il tarixli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 22 sentyabr 2023-cü il tarixli qərarından şikayətlə məhkəməyə müraciət etmiş, həmin qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava X5 İdarəsinin 22 sentyabr 2023-cü il tarixli 00800/01043 saylı qərarı ilə vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəmdə 7760,16 manatın 50 faizi həddində - 4564,80 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərarın qəbul olunması onunla əsaslandırılmışdır ki, elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, X7 tərəfindən xx.xx.2021 -ci il tarixli **********4864 və xx.xx.2021-ci il tarixli **********5312 sorğu nömrəli gömrük bəyannamələri əsasında ümumilikdə invos dəyəri 4564,80 ABS dolları, yəni həmin bəyannamələrin 45-ci qrafasına əsasən 7760,16 manat məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülməmişdir. Araşdırma zamanı alınmış məlumata əsasən Azərbaycan Respublikası vətəndaşı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X4 tərəfindən xx.xx.2021 -ci il tarixli **********4864 və xx.xx.2021-ci il tarixli **********5312 sorğu nömrəli gömrük bəyannamələri 4564,8C ABS dolları vəsaitin köçürülməsi DGK ilə Mərkəzi Bank arasında “Forma 3.9.2.1” elektron hesabat sistemində öz əksini tapmamışdır. Qeyd olunan faktla bağlı 14 sentyabr 2023-cü il tarixdə Hava X5 İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində Azərbaycan Respublikası İXM-nin 483- cü maddəsi ilə 00800-00560/23 saylı inzibati xəta haqqında is üzrə icraat başlanmışdır. Hüquqi səxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, belə fəaliyyəti həvata keçirməklə X1 fəaliyyəti ilə əlaqədar qeyd edilən bəyannamələr üzrə yükləri konsiqnasiya yolu ilə 4564,80 ABS dolları qiymətinə sataraq Hava X5 İdarəsində rəsmiləşdirməklə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiva yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda xx.xx.2021-ci il tarixli **********4864 və xx.xx.2021-ci il tarixli **********5312 sorğu nömrəli gömrük bəyannamələri üzrə malların dəyərini tamamilə qaytarmayaraq, həmin bəyannamənin 45-ci qrafasına əsasən milli valyutaya nisbətdə dəyəri 7760,16 manat təşkil edən 4564,80 ABS dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həvata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1 -ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibatı Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Qanunvericiliyə görə, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. xx.xx.2021 -ci il tarixli **********4864 sorğu nömrəli gömrük bəyannaməsi üzrə invoys dəyəri 915 ABŞ dolları olan vəsait xx.xx.2022-ci il tarixində müvəkkil bank (Azərbaycan Beynəlxalq Bankı) tərəfindən hesabıma köçürülmüşdür. xx.xx.2023-cü il tarixində **********4864 sorğu nömrəli gömrük bəyannaməsi bank tərəfindən bağlanılmışdır. xx.xx.2021-ci il taixiı **********5312 sorğu nömrəli gömrük bəyannaməsinin vəsatinin (3649,8 ABŞ dolları) isə müvəkkil bank hesabıma köçürülməsi mümkün olmamışdır. Belə ki, **********5312 sorğu nömrəli gömrük bəyannaməsi üzrə mallar Ukrayna dövlətinə dövlətinə ixrac olunmuşdur. Lakin, həmin dövrdə baş vermiş müharibə səbəbindən və hal-hazırda da davam etdiyindən müqavilədədə qeyd olunmuş fors major hallara gorə həmin ödəniş qarşı tərəfdən ödənilməmişdir. Daha doğrusu, qeyri- mümkün olmuşdur, bu, hamıya məlumdur. Lakin, araşdırma orqanı faktları araşdırmadan, buna lüzum görmədən qərar qəbul etmiş və barəmdə inzibati tənbeh tətbiq etmişdir. İrəli sürdüyüm dəlillər və təqdim etdiyim sübutlarla təsdiq olunur ki, əməlimdə inzibati xəta hadisəsi yoxdur (İXM 53.1.1): əməlimdə inzibati xəta tərkibi yoxdur (İXM 53.1.2). İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərin başa çatması ilə bağlı qeyd edim ki, inzibati orqan qərarını əsaslandırarkən müddətlərin ötürülmədiyi barədə əsassız dəlillər irəli sürməklə öz qərarını süni surətdə qanuniləşdirməyə, qanun pozuntusunu pərdələməyə cəhd etmişdir. Belə ki, həmin qərarda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Uzanan hüquqpozuntuları” ilə bağlı mövqeyini əks etdirən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cü maddosinin homin Mocollənin 9,2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarına istinad olunmaqla göstərilmişdir ki, “toplanılmış materiallardan göründüyü kimi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğıl olan X3 apardığı xarici iqtisadi fəaliyyət nəticəsində Azərbaycan Respublikasının müvəkkil bank hesabına köçürülməli olan vəsaitləri apardığı fəaliyyətdən 180 gün keçənədək qaytarmalı, yəni qanunun tələbindən irəli gələrək bu müddəti ötürməməli olduğu halda buna dair normaların tələblərinə riayət etməmiş, inzibati araşdırma başlanana qədər ünvanlanmış xəbərdarlıq və bildirişi almasına və inzibati araşdırma zamanı xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilən vəsaitləri müvəkkil bank hesabına köçürməmişdir. Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması xx.xx.2023-cü il tarixədək təmin edilməmiş, yalnız kənardan müdaxilə nəticəsində, yəni gömrük prosedurları və ödənişləri şöbəsinin 34/012/017827 nömrəli raportu əsasında 13 iyun 2023-cü il tarixdə aşkar edilmişdir. Bununla da, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 əməli təqsirli olaraq, barəsində protokol tərtib edilən hadisə üzrə əməli törətməsi müəyyən edilir. Hazırki is üzrə inzibati xəta gömrük qaydaları əleyhinə inzibati xəta olmaqla yanaşı, uzanan xətadır.” Hansı ki, bu, səhv nəticədir, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, hər hansı bir orqan və vəzifəli şəxs tərəfindən təfsir edilməməli olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarının ziddinə getmişdir, İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta heç bir halda “Uzanan hüquqpozuntusu” hesab oluna bilməz, həmin Qərarla müəyyən edilmişdir ki, mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən ecilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Həmçinin, İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulan xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. İstər Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinə, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Qərarına əsasən müəyyən edilmişdir ki, ‘Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarf’na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Baxmayaraq ki, xx.xx.2021-ci il tarixli **********4864 və xx.xx.2021-ci il tarixli **********5312 sorğu nömrəli gömrük bəyannamələri üzrə (xx.xx.2021-ci il tarixli **********4864 sorğu nömrəli gömrük bəyannaməsi üzrə pul vəsaiti hesaba köçürülsə də) hətta, qəbul olunsa ki, tərəfimdən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir, o zaman inzibati xəta hadisəsi malların konsiqnasiya yolu ilə ixrac olunduğu gündən - müvafiq olaraq 10 və 13 dekabr 2021-ci il tarixlərindən 180 gün sonra, yəni 11 iyun 2022-ci il və 14 iyun 2022-ci il tarixlərdə (180 gündən sonrakı növbəti günlər) törədilmişdir, buradan da aydın olar ki, hüquqpozmanın baş verdiyi tarixlər 11 iyun 2022-ci il və 14 iyun 2022-ci il hesab olunur. Belə olduqda isə, inzibati xətanın törədildiyi gündən inzibati tənbehin verildiyi 22 sentyabr 2023-cü il tarixinə 1 ildən artıq - 1 il 3 aydan artıq müddət keçmişdir. Qeyd olunanlara əsaslanaraq şikayətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqan və qərardan şikayət verən şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmiş, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 22 sentyabr 2023-cü il tarixli qərarına əsasən vəzifəli şəxs X7 AR-sı İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinmiş, inizbati xətanın bilavasitə obyekti olmuş xarici valyutanın 50 faizi məbləğində, yəni 3880,08 manat məbləğində inizbati cərimə olunmuşdur. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə qeyd edir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən vəzifəli şəxs X7 xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli bəyannamələr üzrə yüklərin konsiqnasiya yolu ilə 4564,80 ABŞ dolları qiymətinə sataraq ixrac etmiş, bunun müqabilində vəsaitlərin onların bəyan olunduğu vaxtdan 180 gün ərzində AR-dakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu bunu təmin etməmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Qeyd olunduğu kimi, baxılan iş üzrə inzibati xəta hadisəsi aşkar edilmiş, icraatın aparılması Azərbaycan Respublikası İXM-nin müvafiq maddələri ilə müəyyən edilmiş qaydalarla aparılmışdır, bu baxımdan X3 irəli sürdüyü dəlillər qərarın ləğv edilərək işin icraatına xitam verilməsi üçün əsas hesab oluna bilməz. Həmçinin məhkəməyə təqdim edilmiş məxaric orderinə əsasən 3594 ABŞ dolları məbləğində vəsait X3 hesabına körülümüşdür, lakin Gömrük Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixli qərara əsasən 4564,80 ABŞ dolları məbləğində vəsait müvəkkil bank hesabına geri qaytarılmamışdır. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamışdır, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 22 sentyabr 2023-cü il tarixli qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar