Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5989/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili X5, Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin polis kapitanı X2 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində “Saipa” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən Koroğlu metrostansiyasının yaxınlığında YPX inspektoru tərəfindən saxlanılmış, nəqliyyat vasitəsinin konstruksiyasına müdaxilə edilməsinə görə duracağa yerləşdirilməsinə mane olmuş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-cİ Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN 17834630 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin polis kapitanı X6 məhkəməyə raportun və protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs 25-ci Polis Şöbəsinə gətirilmiş və tərəfindən İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Bakı şəhər DYPİ-nin YPXA-nın MBB İİİ tağımının YPX inspektoru X13 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, Şəxs Heydər Əliyev prospekti ilə “Saipa” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən Koroğlu metrostansiyasının yaxınlığında nəqliyyat vasitəsinin arxa səsboğucu qazanında nasazlıq olduğu üçün tərəflərindən saxlanılmış, baxış zamanı arxa yaylara müdaxilə olunduğu aşkar olunmuş, bu səbəbdən nəqliyyat vasitəsinin duracağa yerləşdiriləcəyi barədə ona məlumat verilmiş, lakin sürücü nəqliyyat vasitəsini tərk etməkdən imtina etmiş, nəqliyyat vasitəsinin duracağa aprılmasına mane olmuş, beləliklə onların qanuni tələbinə tabe olmamışdır. Daha sonra sürücü 25-ci polis şöbəsinə təmin edilmiş və onun barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclası zaman izahatı alınmış Bakı şəhər DYPİ-nin YPXA-nın MBB İİİ tağımının YPX inspektoru X1 Ülvi Qoçaq oğlu ilə eyni məzmunlu izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Heydər Əliyev prospekti ilə “Sapia” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən Koroğlu metrostansiyasının yaxınlığında YPX inspektoru tərəfindən saxlanılmış, nəqliyyat vasitəsinin konstruksiyasına müdaxilə edilməsinə görə duracağa yerləşdirilməsi barədə ona məlumat verilmiş, lakin o, avtomobilin səsboğucusunun arxa hissəsinin çürüyərək deşildiyini, bu səbəbdən səsin artıq çıxdığını bildirsə də, ona məhəl qoymamışlar. Bu zaman o, nəqliyyat vasitəsini tərk etməkdən imtina etmiş, maşının dayanacağa aparılmasına mane olmuş, PPX-nin əməkdaşları gələrək onu avtomobildən düşürmüşlər. Hazırda əməlindən peşmandır, qeyd olunanlara əsaslanaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili X10 izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, maddi imkansızlıq ucbatından səsboğucunu təmir etdirə bilməməsini nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş ifadələr və raport ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 05 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X8 30 (otuz) manat (5x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5989/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5989/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver