Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5990/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X6, protokol tərtib edən şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru X3 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs, xx.xx.2023.-cü il tarixdə, saat təxminən 14:30 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində, “Koroğlu” metrostansiyasının çıxışında polisin qanuni tələblərinə tabe olmamış, protokolu tərtib etmiş səlahiyyətli şəxsin mövqeyinə görə İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN 17834620 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru X7 məhkəməyə verdiyi izahatında bildirdi ki, vətəndaş Şəxs barəsində raportla şöbəyə müraciət olunmuş, vətəndaş barəsində onun tərəfindən İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhər DYPİ-nin YPXA-nın MBB İİİ tağımının YPX inspektoru X14 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, Koroğlu metrosunun yaxınlığında xidmət apararkən “BMW” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil onların yanında saxlayaraq ona yaxınlaşmış, 03 gün öncə onun barəsində hansı səbəbə görə protokol tərtib etdiyini soruşmuş, o, xidmətdə olduğunu bildirsə də, o, buna məhəl qoymayaraq nalayiq sözlərlə onu təhqir etmiş, o, xidmət yoldaşı ilə birlikdə onu bu əməlindən çəkinməyə dəvət etsə də, heç bir nəticə olmamış, həmin şəxs 25-ci polis şöbəsinə təmin edilmiş və onun barəsində protokol tərtib edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılarkən Şəxs döyülməmiş, təhqir olunmamış, onun avtomobili polis şöbəsinin önündən cərimə duracağına göndərilmiş, duraca yerləşdirmə halı mövcud olmamış, sadəcə avtomobilin təhlükəsizliyinin təmin edilməsi məqsədilə cərimə durcağına göndərilmiş, həmçinin avtomobilin təhlükəsizliyinin təmin olunması bir vəzifə kimi ona həvalə olunmamışdır. Məhkəmə iclası zaman izahatı alınmış Bakı şəhər DYPİ-nin YPXA-nın MBB İİİ tağımının YPX inspektoru X1 Ülvi Qoçaq oğlu ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirdi ki, 3 gün əvvəl Ülvi adlı yol patrul xidmətinin əməkdaşı tərəfindən avtomobilə baxış keçirilməsi üçün saxlanılmış, o, baxış keçirilməsi üçün qərar tələb etsə də, polis əməkdaşı buna məhəl qoymayaraq baxış keçirmişdir. Daha sonra avtomobilin ön şüşəsinə plyonka çəkildiyini bildirmiş, o, müharibə iştirakçısı olduğunu və müharibədə fərqləndiyinə görə ordenlərlə təltif olunduğunu bildirdikdən sonra onu buraxmışlar. Lakin qısa müddətdən sonra onun telefonuna barəsində protokol tərtib olunması və 150 manat cərimə olunması ilə bağlı bildiriş gəlmişdir. xx.xx.2023-cü il tarixdə həmin polis əməkdaşını Nizami rayonu, H.Əliyev prospektində, “Koroğlu” metrostansiyasının yaxınlığında görərək ona yaxınlaşmış, barəsində nə üçün protokol tərtib olunduğunu soruşmuş, lakin polis əməkdaşı onu nalayiq sözlərlə təhqir edərək getməsini tələb etmiş, o, onu təhqir etməməsini tələb etdikdə isə onu polis şöbəsinə dəvət etmişdir. Daha sonra o, etiraz etməyərək özü müstəqil şəkildə avtomobili ilə polis şöbəsinə gəlmiş, orada olarkən Ülvi Quliyev ona avtomobilini cərimə meydançasına göndərdiyini bildirmiş, o, bu qanunsuz hərəkətlərə son verilməsini tələb etsə də, heç bir nəticəsi olmamış, əksinə onun barəsində qanunsuz olaraq protokol tərtib olunmuşdur. Onun tərəfindən polis əməkdaşına qarşı hər hansısa tabesizlik olmamış, əksinə polis əməkdaşı tərəfindən kobud rəftara məruz qalmış, həmçinin özü müstəqil şəkildə polis şöbəsinə getmişdir. X18 Müharibəsi iştirakçısıdır, döyüşlərdə fərqləndiyinə görə medallarla təltif olunmuşdur. Lakin polis şöbəsində sənədlər ondan alındığı üçün heç birini hazırda məhkəməyə təqdim edə bilmir. Barəsində tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Qeyd olunan halları nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X11 məhkəmə iclasında çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi yoxdur, onun tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərilməmişdir. Polis tərəfindən tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Şəxsin həmin əməli törətməsi ilə bağlı polis əməkdaşlarının heç bir sübutu yoxdur. Şəxsin hərəkətlərində inzibati xəta tərkibinin əlamətlərinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ-nin YPXA-nın MBB İİİ tağımının YPX inspektoru X9 və X2 Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin ünvanına tərtib edilmiş raportda göstərilir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 14:35 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində xidmət edərkən həmin ərazidə hərəkətdə olan “BMW” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil onların yanında saxlayaraq onlara yaxınlaşmış, 03 gün öncə onun barəsində hansı səbəbə görə protokol tərtib edildiyini soruşmuş, onlar xidmətə mane olmamağını tələb etsələr də, o, nalayiq küçə söyüşləri ilə onları təhqir etməyə başlamış, vətəndaşı sakitləşdirməyə çalışsalar da, o daha da aqressivləşmiş, onları nalayiq ifadələrlə təhqir etməyə davam etmiş, daha sonra PPX əməkdaşlarının köməyi ilə həmin şəxs 25-ci polis şöbəsinə dəvət edilmişdir. Lakin raportda və protokolda qeyd olunan hərəkətlərin şəxs tərəfindən törədilməsinə dair hər hanısa sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında təqdim edilmiş CD diskə baxış keçirilən zaman raportda və protokolda qeyd olunanlar öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin şəxsin təqsirləndirildiyi əməl kimi göstərilmiş və şəxsə qarşı İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş protokolda, göstərilmiş əməldə inzibati xəta tərkibinin mövcud olması sübut olunmur. İş materiallarında olan protokoldan, raportdan, Şəxs məhkəməyə verdiyi ifadəsindən bəlli olur ki, Şəxs polis əməkdaşlarına tabesizlik nümayiş etdirməmişdir,sadəcə polis əməkdaşlarının yaxınlaşmasında qorxub özünə xəsarət yetirmişdir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 05 iş saatı müddətinə bərabər olduğundan 30 (otuz) manat (5x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X8 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 05 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X8 30 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5990/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5990/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver