Məhkəmə qərarları › İş №3(007)-5997/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5997/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5997/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, məhkəmə iclas katibi Qurbanov Firdun oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X9 yol patrul xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili – X3 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan ünvan 2aşayan Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs , xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Khazar SD” markalı, 77PR259 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Mikayıl Əliyev küçəsi ilə hərəkət edərkən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə qaydalarını pozmuş, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, avtoxuliqanlıq etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 327.3, 327.4, 332.1, 342.2.2, 511.1.3-cü maddələri ilə inzibati protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X9 yol patrul xidməti inspektoru X5 məhkəmədə bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Khazar SD” markalı, 77PR259 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Mikayıl Əliyev küçəsi ilə hərəkət edərkən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə qaydalarını pozmuş, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməkləziq-zaq hərəkətlər etmiş, beləliklə avtoxuliqanlıq etmişdir. Buna görə də şəxs süni tıxac vasitəsilə saxlanılmış, barəsində İXM-nin 332.1, 327.2, 327.3, 327.4, 342.2.2, 511.1.3-cü maddələrində nəzərdə tutulmuş protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, avtoxuliqanlıq etməmiş, sadəcə maşında olan uşağını xəstəxanaya çatdırmaq üçün maşını sürətlə sürmüş, lakin onun əməlində avtoxuliqanlıq əməlinin tərkib əlamətləri olmamışdır. Belə ki, maşında yoldaşı və bacısı olmuş, maşını sürətlə idarə etməkdə məqsədi uşağı təcili tibbi yardım maşının arxasınca xəstəxanaya çatdırmaq olub. Əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X6 bildirdi ki, Şəxs barəsində tərtib olunmuş protokol əsassızdır, onun əməlində inzibati xəta tərkibi yoxdur, avtoxuliqanlıq etməmişdir. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəçini və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində 511.1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan bir ədəd CD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən olundu ki, Şəxs əməlində İXM-nin 511.1.3-cü maddəsində göstərilən pozuntularla bağlı hər hansı bir fakt aşkar edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, sürücü tərəfindən yol verilmiş digər qayda pozuntularına görə İXM-nin müvafiq maddələri ilə protokol tərtib edilmişdir. İXM-nin 511.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması avtoxuliqanlıq hesab olunur və həmin hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla da qanunvericiliyə görə avtoxuliqanlıq növündə inzibati xətanın obyektiv tərəfi aşağıda göstərilən 3 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 3) yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması. Buna görə də, əməlin avtoxuliqanlıq hesab olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hər üçü mövcud olmalıdır. Qanunun mənasına görə şəxsin əməlində yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması əlaməti mövcud deyildirsə, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən hərəkətlər özü-özlüyündə avtoxuliqanlıq növündə inzibati xətanın tərkibini yaratmır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir, həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X2 inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXMnin 511.1.1 və 511.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 327.3, 327.4, 342.2.2, 332.1-ci maddələri ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün qərarın surəti Bakı şəhəri Nizami RPİ-nin X10 Şöbəsinə göndərilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X4 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar