Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-6/2022 26.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə,tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2(004)- 1097/2019 saylı icra vərəqəsinə əsasən, Şəxs 09.01.2029-cu il tarixdən hesablanmaqla, X2 və X3 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir.Şəxs 09.01.2029-cu il tarixdən hesablanmaqla, X5 üç yaşına çatana kimi, hər ay 100 manat məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs ödənilməlidir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və məhkəmə qətnaməsini icra etməməkdə özünü təqsirli bilərək, bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2(004)-1097/2019 saylı icra vərəqəsi üzrə borcunu ödəməkdən yayınmır, sadəcə olaraq maddi durumu ağır olduğundan borcundan birdəfəlik ödənişlər edə bilmir. Belə ki, o, borcundan 500 manat ödəniş edə bilər, lakin bu barədə tələbkarla aralarında razılıq əldə edə bilməmişdir. Sonda Şəxs göstərilənləri nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2(004)-1097/2019 saylı icra sənədi üzrə borclu tərəfindən ödənilməmiş aliment borcu vardır. Şəxs müxtəlif bəhanələr gətirərək icra sənədi üzrə borcunu ödəməkdən yayınır, hər dəfə müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınır və bu da, onun bir tələbkar kimi mənafeyinə ziddir. Buna görə də Zərərçəkmiş şəxs borclu Şəxs barəsində ədalətli inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X4 məhkəmədə bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2(004)-1097/2019 saylı icra sənədi şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. Hazırda Şəxs 8733.88 manat borcu vardır. Borclu Şəxs bu günədək yaranmış borcunu ödəməsi tələb olunduqda, o, borcunu tam olaraq nə vaxt ödəyəcəyini bilmədiyini bildirmişdir. Şəxs əmlak vəziyyəti yoxlanılmış, adına hər hansı daşınmaz əmlak, bank hesabları və ya nəqliyyat vasitəsi aşkar edilməmişdir. Beləliklə, Şəxs yaranmış borcunu ödəməsi tələb olunsa da, o, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tələbkarı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdığı vaxtdan, yəni 26 yanvar 2022-ci il, saat 12:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati həbslə tənbeh edilsin. Həbsetmənin əvvəli 26 yanvar 2022-ci il, saat 12:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-6/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-6/2022
26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver