Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-6021/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, X12 oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X6, Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X1, zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:00-da “Xalqlar Dostluğu” Ticarət Mərkəzində Zərərçəkmiş şəxs məxsus dəyəri 500 manat olan “İphone 11 Pro” markalı mobil telefonu danışmaq adı ilə alaraq ələ keçirmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski 38 ünvanında 8-ci km bazarında X7 məxsus dəyəri 450 manat olan “İphone 11” markalı mobil telefonu danışmaq adı ilə alaraq ələ keçirmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X4 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X9 tərəfindən isə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 18:00-da “Xalqlar Dostluğu” Ticarət Mərkəzində Zərərçəkmiş şəxs aldadaraq ona məxsus olan “İphone 11 Pro” markalı mobil telefonu danışmaq adı ilə götürərək oradan uzaqlaşmış, mobil telefonu telefonların alğı-satqı mağazasına 500 manata satmışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski 38 ünvanında 8-ci km bazarında X7 məxsus dəyəri “İphone 11” markalı mobil telefonu danışmaq adı ilə götürərək oradan uzaqlaşmışdır. Həmin mobil telefonu lombarda girov qoyaraq 300 manat pul götürmüşdür. Sultan Ağayevə məxsus telefon vasitəsilə onun kontaktında olan şəxslərlə əlaqə saxlayaraq onlardan pul almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski 38 ünvanında 8-ci km bazarında tikinti materiallarının satışı ilə məşğul olur. Şəxs atası ondan mal almışdır. xx.xx.2023-cü il tarixdə üzdən tanıdığı Vilad işlədiyi dükana gələrək atasının mal istədiyini bildirmişdir. O, hansı malların lazım olmasını soruşduqda, atasından bunu dəqiqləşdirmək üçün ondan telefonunu istəmişdir. O, “İphone 11” markalı mobil telefonunu ona vermişdir. Vilad telefonu aldıqdan sonra danışmaq üçün mağazadan çölə çıxmışdır. Gəlmədiyini gördükdən sonra onu axtarsa da tapa bilməmişdir. Ona məxsus telefondan müxtəlif tanışlarına mesaj yazaraq onun adından pul almışdır. Ona məxsus mobil telefonun qiyməti 450 manat olmuş, dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, “Xalqlar Dostluğu Ticarət Mərkəzi”ndə kişi geyimlərinin satışı mağazasında satıcı işləyir. xx.xx.2023-cü il tarixdə .daimi müştərisi olan Vilad adlı şəxs işlədiyi mağazaya gələrək anası ilə əlaqə saxlamaq məqsədilə ondan mobil telefonunu istəmişdir. O, özünə məxsus olan “İphone 11 Pro” markalı mobil telefonunu ona vermişdir. Mobil telefonunu götürərərk mağazadan çıxmışdır. Onun geri qayıtmadığını görərək axtarmağa başlasa da tapa bilməmişdir. Ona məxsus mobil telefonun qiyməti 500 manat olmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Ramil Mehdiyev tərəfindən toplanmış HK-1/3295 saylı material üzrə cinayət işinin başlanması rədd edilərək Zərərçəkmiş şəxs aldadaraq 500 manat dəyərində “İphone 11 Pro” markalı mobil telefonu ələ keçirmiş Vilad adlı şəxsin yeri müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin 24-cü PŞ-nə təqdim olunmasına qərar verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən toplanmış HK1-3331 saylı material üzrə cinayət işinin başlanması rədd edilərək X7 məxsus mobil telefonu ələ keçirmiş naməlum şəxsin gələcəkdə yeri müəyyən edildikdə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin 24-cü PŞ-nə təqdim olunmasına qərar verilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-936/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 noyabr 2023-cü il tarixdən saat 19:20dən hesablanmış, qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXMnin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-936/2023 saylı qərarı ilə Şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 18 manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X5 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-936/2023 saylı qərarı ilə Şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılması nəzərə alınsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X5 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-6021/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-6021/2023
12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver