Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-6072/2023 11.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 10 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki 07 iyul 2023-cü il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə “Tirsan yarımqoşqu” markalı, 99ZH194 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15545191 nömrəli qərarla 50 manat məbləğində cərimə edilmişdir. “AsanPay” ödəniş sistemi vasitəsilə “Protokolun nömrəsinə görə axtarış” bölməsində aparılan yoxlama zamanı Şəxs inzibati qaydada tənbeh olunmasına əsas olmuş inzibati xəta haqqında protokolun (qərarın) mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda, həmin şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş inzibati xəta haqqında qərarın qüvvədə olmadığına əsaslı şübhələr yaranmışdır, hansı ki, həmin halın araşdırılması mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində baxılan işin əsasını təşkil edən inzibati xəta haqqında protokol (qərar) mövcud olmadığına, təqdim olunmuş sübutlar əsasında onun təqsirliliyini sübuta yetirmək mümkün olmadığına görə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.2.-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin və başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-6072/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-6072/2023
11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver