Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-6073/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi X12 oğlunun katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 nümayəndəsi “Kredo” Vəkil Bürosuun vəkili Vəkil, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol və onun əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X7 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən, 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Protokola əsasən X1 rayonu, Çəkil çayı ətrafı dağlıq ərazisində lazımi icazə sənədi olmadan, qadağan olunmuş ərazidə qanunsuz olaraq (silahı açıq vəziyyətdə ovun izlənməsi, güdülməsi) ovla məşğul olmuşdur. Ov tüfəngindən qeyd olunan ərazidə heç bir vaxt atəş açmamış və hər hansı bir ov etməmişdir. Həmin silahın onda olması heç də onun ov etmək niyyətini ifadə etmir. Belə ki, həmin vaxt qeyd olunan ərazidə tanış şəxslərə məxsus avtomaşın batdığı üçün kömək etmək məqsədilə həmin ərazidə olarkən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri onlara yaxınlaşaraq üzərlərində olan silahla maraqlanmış və onların şəxsiyyətlərini müəyyən etdikdən sonra heç bir irad bildirmədən çıxıb getmişlər. Nazirliyin nümayəndələri protokol tərtib edərkən, araşdırma apararkən, qərar qəbul edərkən onun iştirakını təmin etməmiş, ondan həmin məsələ ilə bağlı izahat belə almamışlar. Ümumiyyətlə onun barəsində hər hansı icraat aparılmasından xəbəri belə olmamışdır. Yuxarıda qeyd olunandan başqa, inzibati xətanın törədilməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çüki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın". Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 nümayəndəsi “Kredo” Vəkil Bürosuun vəkili Vəkil şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol və onun əsasında qəbul edilmiş MN seriyalı, ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş emişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, inzibati xəta haqqında iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılmış, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan, o, həmin maddə ilə təqsirli bilinib məsuliyyətə cəlb olunmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə keçirilmiş reyd zamanı Xızı rayonu, “Çəkil” çayı ətrafı dağlıq ərazidə atəş səsi eşidilmiş, atəş səsi gələn tərəfə yaxınlaşarkən ağ rəngli “Pikap” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşlər. Əməkdaşlar həmin avtomobilə yaxınlaşaraq özlərini təqdim etmişlər və avtomobilə baxış keçirmişlər. Baxış zamanı 4 nəfər şəxsin olduğu avtomobildə 7 ədəd ovlanmış boz kəklik quşları, 20 ədəd fabrik istehsalı olan plastik patronlar, 1 ədəd patrondaş, 4 ədəd ov silahı atışa hazır vəziyyətdə patronla dolu aşkar olunmuşdur. Avtomobildə olan Müzəffər adlı şəxs 7 ədəd boz kəklik quşlarını ovlamasını etiraf etmişdir. Aşkar olunmuş 12 kalibrli “Ata-arms” markalı, 13/D00465 nömrəli 1 ədəd ov silahının X5 məxsus olması müəyyən edilmiş, akt tərtib olunmuş, izahatı alınmış, sonra ov silahı akt tərtib olunaraq X5 təhvil verilmişdir. X1 rayonu, “Çəkil” çayı ətrafı dağlıq ərazidə lazımi icazə sənədi olmadan, qadağan olunmuş ərazidə qanunsuz olaraq (silah açıq vəziyyətdə, ovun izlənməsi, güdülməsi) ov fəaliyyəti ilə məşğul olduğuna görə barəsində protokol tərtib olunmuşdur. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xidməti ərazidə ov hallarının qarşısının alınması məqsədi ilə mövcud qanunvericiliyin tələblərinə riayət olunmasının araşdırılması zamanı Xızı rayonu, “Çəkil” çayı ətrafı dağlıq ərazidə müşahidə aparılan zaman atəş səsləri eşidilmiş, həmin səs istiqamətinə yaxınlaşarkən ağ rəngli, “Pikap” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu müəyyən edilmiş, avtomobilə baxış keçirilərkən 4 nəfər şəxsin olduğu, 7 ədəd ovlanmış boz kəklik quşları, 20 ədəd fabrik istehsalı olan plastik patronlar, 1 ədəd patrondaş, 4 ədəd ov silahı atışa hazır vəziyyətdə patronla dolu aşkar olunmuşdur. - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə Xızı rayonu, “Çəkil” çayı ətrafında **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobillə ona aid silahla (“Ata-arms”, 12 çaplı, 13/D00465 nömrəli beşatılan ov silahı) hərəkət edərkən ekologiya işçiləri tərəfindən saxlanılmışdır. Əraziyə ov etmək məqəsdilə gəlsə də ov etməmişdir. Üzərində ov silahı açıq şəkildə və patronlar olmuş, hər hansı quş vurmamışdır. - 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Ə.İ.Ağakişiyev, F.R.Səfərov və A.H.Sultanov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, keçirilən reyd zamanı saxlanılan qanunsuz ov edən X2 inzibati xətanın törədilməsində maddi sübut kimi götürülmüş 12 kalibrli “Ata-arms” markalı, 13/D00465 nömrəli 1 ədəd ov silahı ona təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin məzmununa görə - Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmçinin “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 maddəsinin məzmununa əsasən - ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması” Qaydalarının 2.1-ci bəndinin məzmununa əsasən - Quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü ov sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinin tələbinə görə, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X3 əməlinin Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə inzibati tənbeh tətbiq olunması ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-6073/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-6073/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver