Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-6074/2023 08.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin sahə rəisi, polis kapitanı X12, zərərçəkmiş şəxslər X9 və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Yardımlı rayonu, Solqard kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası ünvanında yerləşən fərdi evdə yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında X13 məxsus “Redmi 9”, “Nokia” markalı mobil telefonlarını və 18 manat pulunu aldadaraq ələ keçirməklə sonuncuya 150 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olan X5 məxsus **- NK-*** dövlət qeydiyyat nişanlı, “Cherry” markalı avtomobilə sərnişin qismində əyləşərək xəstə anası ilə danışmaq adı ilə ona məxsus olan “Samsung A11” markalı, İMEİ kodu 3546 9811 1129 345 olan mobil telefonunu aldadaraq ələ keçirməklə ona 490 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olan X1 avtomobilinə sərnişin qismində əyləşərək Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında danışmaq adı ilə ona məxsus olan “Redmi Poco M3 Pro” markalı mobil telefonunu aldadaraq ələ keçirməklə ona 300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olan X2 avtomobilinə sərnişin qismində əyləşərək Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yanında ondan danışmaq adı ilə ona məxsus olan 418,40 manat dəyərində “Xiaomi Redmi 10C” markalı mobil telefonunu və 23 manat gediş haqqını aldadıb ələ keçirməklə ona 441 manat 40 qəpik məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, “Koroğlu” metrostansiyasının 2-ci çıxışında taksi fəaliyyəti ilə məşğul olan X6 avtomobilinə sərnişin qismində əyləşərək valideyni ilə danışmaq adı ilə ona məxsus olan “Samsung A10” markalı mobil telefonunu aldadaraq ələ keçirməklə ona 250 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olan X14 məxsus avtomobilə sərnişin qismində əyləşərək danışmaq adı ilə ona məxsus olan “Redmi” markalı, İMEİ kodu **********60123 və **********60131 olan mobil telefonunu aldadaraq ələ keçirməklə ona 200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olan X3 avtomobilinə sərnişin qismində əyləşərək Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Alov” parkı tərəfdə danışmaq adı ilə ona məxsus olan “Redmi Mi 8” markalı mobil telefonunu aldadaraq ələ keçirməklə ona 284 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi, polis kapitanı X21 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli, MN seriyalı, 1786326, MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi, polis kapitanı X21 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, inzibati xəta haqqında protokollarda göstərilən inzibati xətaları törətmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X18 bildirmişdir ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə Şəxs “Koroğlu” metrostansiyası yaxınlığında müştəri qismində avtomobilinə əyləşərək danışmaq adı ilə “Redmi 11” markalı telefonu götürüb avtomobildən düşərək oradan uzaqlaşmışdır. Ümumilikdə ona 200 manat ziyan dəymiş və həmin məbləğ ona qaytarılmamışdır, şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X15 bildirmişdir ki, taksi sürücüsüdür. xx.xx.2023-cü il tarixdə Şəxs onun avtomobilinə sərnişin qismində əyləşmiş, daha sonra Şəxs danışmaq adı ilə onun telefonunu istəmiş, o da danışmaq üçün ona məxsus olan “Redmi Mi 8” markalı mobil telefonunu vermişdir. Telefonla danışmaq adı ilə avtomobildən düşərək oradan uzaqlaşmışdır. Ona dəymiş 284 manat məbləğində ziyan ödənilməmişdir, şikayətçidir. Şəxs onun telefonu vasitəsilə onun adından tanışlarından pul almışdır. Zərərçəkmiş şəxslər X7, X16, X10, X11 və X19 məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXMnin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı Şəxs tutulduğu vaxtdan, yəni 06 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 18 manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X8 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx.xx.2023-cü il tarixdə saat 21:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X17 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X8 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-6074/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-6074/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver