Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-6076/2023 08.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Qurbanov Ramil Firudin oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında X6 məxsus “Redmi 9”, “Nokia” markalı mobil telefonlarını və 18 manat pulunu aldadaraq ələ keçirməklə sonuncuya 150 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olan X3 məxsus **- NK-*** dövlət qeydiyyat nişanlı, “Cherry” markalı avtomobilə sərnişin qismində əyləşərək xəstə anası ilə danışmaq adı ilə ona məxsus olan “Samsung A11” markalı, İMEİ kodu 3546 9811 1129 345 olan mobil telefonunu aldadaraq ələ keçirməklə ona 490 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olan X1 avtomobilinə sərnişin qismində əyləşərək Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında danışmaq adı ilə ona məxsus olan “Redmi Poco M3 Pro” markalı mobil telefonunu aldadaraq ələ keçirməklə ona 300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olan X2 avtomobilinə sərnişin qismində əyləşərək Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yanında ondan danışmaq adı ilə ona məxsus olan 418,40 manat dəyərində “Xiaomi Redmi 10C” markalı mobil telefonunu və 23 manat gediş haqqını aldadıb ələ keçirməklə ona 441 manat 40 qəpik məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, “Koroğlu” metrostansiyasının 2-ci çıxışında taksi fəaliyyəti ilə məşğul olan X4 avtomobilinə sərnişin qismində əyləşərək valideyni ilə danışmaq adı ilə ona məxsus olan “Samsung A10” markalı mobil telefonunu aldadaraq ələ keçirməklə ona 250 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olan X7 məxsus avtomobilə sərnişin qismində əyləşərək danışmaq adı ilə ona məxsus olan “Redmi” markalı, İMEİ kodu **********60123 və **********60131 olan mobil telefonunu aldadaraq ələ keçirməklə ona 200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olan X5 avtomobilinə sərnişin qismində əyləşərək Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Alov” parkı tərəfdə danışmaq adı ilə ona məxsus olan “Redmi Mi 8” markalı mobil telefonunu aldadaraq ələ keçirməklə ona 284 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi, polis kapitanı X9 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli, MN seriyalı, 1786326, MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(007)-6074/2023, 3(007)- 6075/2023, 3(007)-6076/2023, 3(007)-6077/2023, 3(007)-6078/2023, 3(007)-6079/2023 və 3(007)-6080/2023 saylı inzibati materiallar bir icraatda birləşdirilməli və bir icraatda birləşdirilmiş materiala 3(007)-6074/2023 saylı nömrə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: 3(007)-6074/2023, 3(007)-6075/2023, 3(007)-6076/2023, 3(007)-6077/2023, 3(007)- 6078/2023, 3(007)-6079/2023 və 3(007)-6080/2023 saylı inzibati materiallar bir icraatda birləşdirilsin və bir icraatda birləşdirilmiş materiala 3(007)-6074/2023 saylı nömrə verilsin. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-6076/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-6076/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver