Məhkəmə qərarları › İş №3(007)-6082/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-6082/2023

08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-6082/2023 08.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə rəisi, polis mayoru X12, zərərçəkmiş şəxslər X9 və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1997-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 08:41-də X2 aldadaraq işə düzəltmək üçün Milliön ödəmə terminalı vasitəsilə ümumilikdə 450 manat məbləğində vəsait almış, lakin vədinə əməl etməyərək dələduzluq yolu ilə pulu mənimsəmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Aysun” şadlıq sarayının qarşısında taksü sürücüsü kimi fəaliyyət göstərən X13 aldadaraq 30 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Aysun” şadlıq sarayının qarşısında taksü sürücüsü kimi fəaliyyət göstərən X10 aldadaraq 36 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində sərnişin qismində əyləşdiyi avtomobilin sürücüsü X11 özünü polis işçisi kimi təqdim edib, aldadaraq 30 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Şəxs X1 rayona müştəri tapacağı adı ilə 30 manat tələb etmiş, xx.xx.2023cü il tarixdə X6 ödəmə aparatı vasitəsilə 30 manat pul göndərmiş, lakin Şəxs vədinə əməl etməyərək dələduzluq yolu ilə pulu mənimsəmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə rəisi, polis mayoru R.Əliyev tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli və MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə rəisi, polis mayoru X20 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, heç bir yerdə işləmir, pula ehtiyacı olduğundan zərərçəkmiş şəxsləri aldadıb pullarını ələ keçirərək qeyd olunan əməlləri törətmişdir. Vaxt verilsə zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyər. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X18 izahat verərək bildirmişdir ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində Şəxs onun idarə etdiyi avtomobilə sərnişin qismində əyləşmiş, özünü polis işçisi kimi təqdim etmiş, üzərində nağd pul olmadığını bildirərək ondan pul almış, həmin pulu və gediş haqqını kartına ödəyəcəyini bildirsə də vədinə əməl etməmişdir. Şəxs onu aldadaraq ümumilikdə 30 manat məbləğində ziyan vurmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X14 izahat verərək bildirmişdir ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. Şəxs xx.xx.2023-cü il tarixdə onun idarə etdiyi avtomobilə sərnişin qismində əyləşmiş, özünü polis işçisi kimi təqdim etmiş, üzərində nağd pul olmadığını bildirərək ondan pul almış, gediş haqqı ilə birlikdə kartına 30 manat pul ödəyəcəyini bildirsə də vədinə əməl etməmişdir. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Zərərçəkmiş şəxslər X6, X16 və X5 məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXMnin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı Şəxs tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 18 manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X7 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx.xx.2023-cü il tarixdən saat 22:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X15 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X7 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar