Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-6083/2023 08.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, X10 katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 08:41-də X2 aldadaraq işə düzəltmək üçün Milliön ödəmə terminalı vasitəsilə ümumilikdə 450 manat məbləğində vəsait almış, lakin vədinə əməl etməyərək dələduzluq yolu ilə pulu mənimsəmişdir. Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən, Nizami rayonu, Babək prospektində yerləşən “Aysun” şadlıq sarayının qarşısında taksü sürücüsü kimi fəaliyyət göstərən X7 aldadaraq 30 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Mirzəağa oğlu xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Aysun” şadlıq sarayının qarşısında taksü sürücüsü kimi fəaliyyət göstərən X5 aldadaraq 36 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində sərnişin qismində əyləşdiyi avtomobilin sürücüsü X6 özünü polis işçisi kimi təqdim edib, aldadaraq 30 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs X1 rayona müştəri tapacağı adı ilə 30 manat tələb etmiş, xx.xx.2023-cü il tarixdə X3 ödəmə aparatı vasitəsilə 30 manat pul göndərmiş, lakin Şəxs vədinə əməl etməyərək dələduzluq yolu ilə pulu mənimsəmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə rəisi, polis mayoru R.Əliyev tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli və MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(007)-6082/23, 3(007)- 6083/23, 3(007)-6084/2023 saylı, 3(007)-6085/2023 saylı və 3(007)-6086/2023 saylı inzibati materiallar bir icraatda birləşdirilməli və bir icraatda birləşdirilmiş materiala 3(007)- 6082/2023 saylı nömrə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: 3(007)-6082/2023, 3(007)-6083/2023, 3(007)-6084/2023 saylı, 3(007)-6085/2023 saylı və 3(007)-6086/2023 saylı inzibati materiallar bir icraatda birləşdirilsin və bir icraatda birləşdirilmiş materiala 3(007)-6082/2023 saylı nömrə verilsin. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-6083/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-6083/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver