Məhkəmə qərarları › İş №3(007)-6088/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-6088/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-6088/2023 22.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4, qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin X10 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhər BPİ DYPİ-nin polis kapitanı İ.V.Cəbrayılov tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Bakı şəhəri BPİ DYPİ-nin polis kapitanı İ.V.Cəbrayılov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərara xitam verilməsini və baş vermiş qəzanın yenidən araşdırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat 07:40-da **-EH-*** dövlət qeydiyyat nişanlı “BMW 540i” markalı avtomobillə, Bakı şəhəri, Yusif Səfərov küçəsi ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində, işıqforun yaşıl işiğında hərəkətini davam etdirdiyi zaman **-DS-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil ilə aralarında yol nəqliyyat hadisəsi baş vermişdir. DYPİ inspektoru hadisə yerinə yaxınlaşmış, hadisəni qeydə aldıqdan sonra növbəti xx.xx.2023-cü il tarixində sərxoşluq testinin nəticəsi ilə Bakı şəhəri BPİ-nin X10 İdarəsinə yaxınlaşmağını demişdir. xx.xx.2023cü ilə tarixində Bakı şəhəri BPİ-nin DYPİ-nə yaxınlaşmışdır. Hadisənin videogörüntüsü təqdim olunaraq, onun qayda pozduğu bildirilmişdir. Bu görüntü hadisənin baş verdiyi yerdən təqribən 100-150 metr arxada quraşdırılmış kameradan çəkilmiş və qəza anı aydın görünməmiş, inspektordan hadisə baş verən ərazidə quraşdırılmış digər kameralardan görüntülərə baxılmasını xahiş etmişdir. İnspektor bu görüntülərin kifayət etdiyini bildirərək, şinlərin vəziyyətinin yoxlanılması üçün Sabunçu rayonunda yerləşən (Zabrat-Maştağa şossesi) Müayinə mərkəzinə getməli olduğunu və yoxlanış sənədinin təqdim olunmasını istəmişdir. Nəqliyyatın sıxlığına görə o, paytaxt ərazisində yerləşən digər Qaradağ rayonunda yerləşən Müayinə mərkəzinə yaxınlaşmış, şinlərin vəziyyəti yoxlanılmış və şinlərin sazlığını sübut edən sənədi Bakı şəhəri BPİ-nin X10 İdarəsinə təqdim etmişdir. Sabunçu rayonunda yerləşən (Zabrat-Maştağa şossesi) müayinə mərkəzinə getmədiyi əsas göstərilərək təqdim etdiyi sənəd qəbul olunmamış və İXM-nin 327.1-ci maddəsi üzrə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulması ilə əlaqədar barəsində protokol (qərarlı) tərtib olunmuşdur. Bundan sonra “Asan Pay” elektron portal üzərindən 2 dəfə (xx.xx.2023 və xx.xx.2023 tarixlərində) şikayət məktubu göndərmiş və heç bir cavab gəlməmişdir. **-EH-*** nömrəli NV-nə aid olan İXP ******* protokolu ödəmədiyinə görə xx.xx.2023-cü il tarixindən etibarən avtomobilinə həbs qoyulmuşdur. Buna görə də xx.xx.2023-cü ildə Bakı şəhər BPİ-nin X10 İdarəsinə yaxınlaşmış və ona aydınlaşdırılması üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X7 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir Məhkəmə iclasında Bakı şəhəri BPİ-nin X10 İdarəsinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, iş materiallarından görünür ki, həm “Toyota Prius” markalı avtomobilin, həm də “BMW 540i” markalı avtomobilin sürücüsü sağ istiqamətdə hərəkət etmiş, sol tərəfə dönməmişlər. Belə olan halda ancaq sol tərəfdə olan avtomobilin sağ tərəfdə olan avtomobilə toxunaraq qəza törətməsi mümkündür. Hər iki avtomobil sağ istiqamətdə hərəkət edərkən sağ tərəfdə hərəkətdə olan avtomobilin sol tərəfdə olan avtomobilə yaxınlaşması absurddur. Solda olan “BMW 540i” markalı avtomobil manevr etmə qaydalarını pozaraq sağda olan “Toyota Prius” markalı avtomobili vurmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sürücü sağ istiqamətdə hərəkətdə olarkən avtomobilin sağ işığını yandırmalı və yolda olan avtomobillər üçün təhlükəsiz manevr etməlidir. Hadisədən 4 ay keçmişdir. Rauf Mədətlinin irəli sürdüyü hallar əsassızdır, onun barəsində qəbul edilmiş qərar qanuni və əsaslıdır. Məhkəmədən göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “BMW 540i” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayət verən şəxs X5 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə işin faktiki hallarına və X4 şikayətini əsaslandırdığı dəlillərə qiymət verərək hesab edir ki, R.F.Mədətlinin göstərdiyi hallar özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər BPİ DYPİ-nin polis kapitanı İ.V.Cəbrayılov tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar