Məhkəmə qərarları › İş №3(007)-615/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-615/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-615/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Şəxs Məmmədhüseyn oğlu, xx xxxxxxxx 1957-ci ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Məmmədhüseyn oğlu, 12 iyun 2022-ci il tarixdə, “Mercedes Benz GLS 450 4Matic minik” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşdığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsilə məsuliyyət nəzərdə tutulan EQ seriyalı, 10197087 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilərək, 10 manat cərimə olunmuşdur. Lakin Şəxs Məmmədhüseyn oğlu cəriməni 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də 24 oktyabr 2022-ci il tarixdə Şəxs Məmmədhüseyn oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs Məmmədhüseyn oğlu və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X1 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəbin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Şəxs Məmmədhüseyn oğlunun və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X1 nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məmmədhüseyn oğlunun Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol, həmçinin işdə olan digər materiallarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Məmmədhüseyn oğlu törətmiş olduğu inzibati xətaya görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, iş materiallarını araşdırıb, işin bütün hallarının məcmusuna ətraflı baxıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Məmmədhüseyn oğluna barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Belə ki, həmin şəxs barəsində inzibati xəta törətməsinə görə artıq bir dəfə cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş, lakin həmin şəxs özü barəsində tətbiq edilmiş tənbeh tədbirindən nəticə çıxarmayaraq həmin cəriməni ödəməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Məmmədhüseyn oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar