Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-6170/2023 25.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsindən daxil olmuş 3-33-/3- 1-030086/2023 saylı, xx.xx.2023-cü il tarixli raporta əsasən, xx.xx.2023-cü il trixdə saat 03:58-də Biləsuvar Gömrük İdarəsindən Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postuna təyinat alan və xx.xx.2023-cü il saat 07:27-də “İpək yolu” gömrük postuna daxil olan 32AA453/32AA454 dövlət qeydiyyat nişanlı, "xxxx" MMC-yə məxsus yükü daşıyan “SCANİA” markalı nəqliyyat vasitəsi xx.xx.2023-cü il saat 20:08-də “İpək yolu” gömrük postunun girişindəki tərəziyə yaxınlaşaraq sərhəddə qeyd edilən tərəzi çəkisinin CMR çəkisindən 1282 kiloqram artıq olması səbəbindən nəqliyyat vasitəsinin boş halda yenidən tərəzidə çəkilməsi zərurətinin yarandığını bildirmişdir. Həmin nəqliyyat vasitəsinin boş olduğu bəyan edilməsinə baxmayaraq Hədəfləmə və Koordinasiya şöbəsinin əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmiş və nəqliyyat vasitəsinin boş olmadığı, içərisində təqribən 1000 (bir min) kiloqram yük olduğu faktı təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma başlanılmışdır. Qeyd edilən halla bağlı Təhqiqat şöbəsinə malların yoxlanılması haqqında protokol təqdim edilmədiyi və sözügedən fakt üzrə əlavə ödənişin yaranıbyaranmadığı barədə məlumat verilməsi üçün 3-33-/3-1-032252/2023 saylı, xx.xx.2023-cü il tarixli raportla İpək Yolu gömrük postuna müraciət edilmişdir. Həmin postdan daxil olan 3- 33-/3-1-032264/2023 saylı xx.xx.2023-cü il tarixli cavab raportuna əsasən, Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixdə 32AA453/32AA454 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzərində MİOU ******* nömrəli konteyner ilə nömrəsiz xx.xx.2023-cü il tarixli nəqliyyat qaiməsi (CMR) və 300823S21 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədləri əsasında Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə **********7213 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malın 1-ci mal mövqeyində yer sayı düzgün olduğu halda 286 kq artıq çəki, 9-cu mal mövqeyində yer sayı və ədəd sayı düzgün olduğu halda 138 kq artıq çəki, **********7218 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malın yer sayı və ədəd sayı düzgün olduğu halda 60 kq artıq çəki **********7219 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malın 1-ci mal mövqeyində yer sayı və ədəd sayı düzgün olduğu halda 12 kq artıq çəki, **********4019 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malın yer sayı və ədəd sayı düzgün olduğu halda 512 kq artıq çəki aşkar olunduğu, həmin postdan əlavə olaraq daxil olmuş 3- 33-/3-1-033649/2023 saylı, xx.xx.2023-cü il tarixli raporta əsasən isə Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə **********7213, **********7218, **********7219 və **********4019 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallara gömrük baxışı həyata keçirildiyi və akt tərtib edilərək müvafiq düzəlişlər həyata keçirilməsi məqsədilə qeyd edilən gömrük bəyannamələri Bakı Baş Gömrük İdarəsi Rəsmiləşmə Mərkəzinə yönləndirildiyi, gömrük bəyannamələrində müvafiq düzəlişlər həyata keçirilərək, **********7213 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə olaraq 522 (beş yüz iyirmi iki) AZN miqdarında gömrük ödənişlərinin tam ödənilməsi təmin olunduğu, gömrük rəsmiləşdirilməsi davam etdirildiyi və malların buraxılışının həyata keçirildiyi qeyd edilmişdir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına 32AA453/32AA454 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərində olan MİOU ******* nömrəli konteyner ilə ölkə ərazisinə gətirilən, yuxarıda qeyd edilən bəyannamələrlə gömrük orqanına bəyan edilən malların çəkisi gömrük orqanına düzgün göstərilməmişdir. Lakin, İpək Yolu gömrük postundan daxil olan 3-33-/3-1-032264/2023 saylı, xx.xx.2023-cü il tarixli və 3-33-/3-1-033649/2023 saylı xx.xx.2023-cü il tarixli raportlara əsasən malların çəkisi düzgün göstərilməsə də qanunla nəzərdə tutulan bütün gömrük ödənişləri ödənilmiş, malların buraxılışı həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, "xxxx" MMC (VÖEN **********) tərəfindən gömrük orqanına gömrük ödənişinə təsir etməyən düzgün olmayan məlumat təqdim edilmişdir. Bu barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı Ü.R.Rzayev tərəfindən xx.xx.2023-cü il tarixdə, 00100-03153/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Şəxs MMC-nin ünvanına müxtəlif adda mallar daxil olmuşdur. Malların yer sayı və ədəd sayında problem olmamış, lakin bəyannamələr üzrə artıq çəki olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görəfiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, "xxxx" MMC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat təqdim edilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXMnin 485.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-6170/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-6170/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver