Məhkəmə qərarları › İş №3(007)-6310/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-6310/2023

30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-6310/2023 30.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X3 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, hüquqi şəxs Şəxs MMC (VÖEN **********), onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan nümayəndəsi X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 25 nömrəli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə dair sanitariya-epidemioloji qaydalar və normativlərə cavab verməyən və “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 302 nömrəli Qərarının 2.21.3-cü yarımbəndinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasından gətizdirilmiş ümumi çəkisi 6500 kq olan bibər məhsulundan xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sınaq üçün nümunələri götürüldükdən sonra həmin məhsulları sertifikatlaşdırılmadan satdığına, bununla da, Azərbaycan Respublikası İXMnin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması yolu ilə istehlakçıların hüquqlarını pozma inzibati xətasını törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 2- 2/1-012212/2023 nömrəli məktubu, X1 xx.xx.2023-cü il tarixli 3-44/2-5/10-3622/0023 nömrəli məktubu, AQTA-nın Bakı Regional Bölməsinin “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” xx.xx.2023-cü il tarixli 065 nömrəli qərar, AQTA-nin Milli Referens Laboratoriyasının xx.xx.2023-cü il tarixli sınaq protokolu, X3 izahatı və toplanmış digər sənədlərlə təsdiq edilir. X4 izahatında bildirmişdir ki, xx.xx.2022-ci ildən topdan, o cümlədən pərakəndə meyvə və tərəvəz satışı ilə məşğul olan Şəxs MMC-nin direktoru vəzifəsində çalışır. Təsisçisi də özüdür. Anbara gətirilmiş 6500 kq bibər məhsulundan bir hissəsi satılmış, bir hissəsi isə xarab olduğundan zibilliyə atılmışdır. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həmin faktla əlaqədar aparılmış araşdırma nəticəsində əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən, xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, inzibati məsuliyyətə cəlb edilmə məsələsinə baxılması üçün toplanmış material Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. Göstərilənlərə əsasən, hüquqi şəxs Şəxs MMC (VÖEN **********) - hüquqi ünvanı ünvan 1baycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, qərarın və toplanmış materialın baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraatı başlamış Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X4 izahatında göstərmişdir ki, onlara mal gələndən 15-20 gün sonra laboratoriyanın cavabı gəlir ki, satışa çıxara bilərik, ya yox. Hər malı 15-20 gün saxlasaq, onda keyfiyyəti itir. X2 və prokurorluqda da bu barədə bildirmişdir, lakin qanunların belə olduğunu demişlər. Onunla birlikdə neçə nəfər şəxs bu kimi məsələlərdən əziyyət çəkir. Onlar kiçik sahibkardırlar, bununla məcbur edirlər ki, işləməsinlər. Mal gətirəndə gömrük haqqı, laboratoriya haqqı, daşıma pulu və digər haqlar ödəyirlər, sertifikat isə 20 gün sonra verilir. Baxılan iş üzrə sertifikat onlara 20 gün sonra gəlmişdir, hansı ki, ona qədər artıq mal satılmışdı, yaş malı o qədər saxlamaq mümkün deyil. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz həmin hüquqi şəxs tərəfindən törədilmişdir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin 04 iyul 2023-cü il tarixli 086 nömrəli qərarından görünür ki, Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunan ümumi çəkisi 6500 kiloqram olan bibər məhsulu partiyasının dövriyyəsinin dayandırılması, həmin məhsul partiyasının 20 gün müddətində istehlakçılardan, bazarlardan və digər satış obyektlərindən geri çağırılması və həmin müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə regional bölməyə məlumat verilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası X1 11 avqust 2023-cü il tarixli 3-44/2-3/10-3449/2023 nömrəli məktubundan görünür ki, Şəxs MMC-nin anbarına baxış zamanı yararsızlığı müəyyən edilmiş məhsulların satıldığı müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxsin direktorunun izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirir, onun tərəfindən irəli sürülən dəlillər məhkəmədə tədqiq olunan sübutlarla təkzib olunmuşdur, ona görə nəzərə alınmır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127- 4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar