Məhkəmə qərarları › İş №3(007)-6315/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-6315/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-6315/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə rəisi, polis kapitanı X9, zərərçəkmiş şəxslər X10, X2 və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs xx.xx.2023-cü il tarixdə X7 aldadaraq hava limanında işə düzəltmək adı ilə “M10” proqramı vasitəsilə 180 manat məbləğində vəsait almış, lakin vədinə əməl etməyərək dələduzluq yolu ilə pulu mənimsəmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə X11 aldadaraq hava limanında işə düzəltmək adı ilə “M10” proqramı vasitəsilə 180 manat məbləğində vəsait almış, lakin vədinə əməl etməyərək dələduzluq yolu ilə pulu mənimsəmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə X14 aldadaraq onu və həyat yoldaşını hava limanında işə düzəltmək adı ilə “M10” proqramı vasitəsilə ümumilikdə 360 manat məbləğində vəsait almış, lakin vədinə əməl etməyərək dələduzluq yolu ilə pulu mənimsəmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə X4 aldadaraq hava limanında işə düzəltmək adı ilə “M10” proqramı vasitəsilə 180 manat məbləğində vəsait almış, lakin vədinə əməl etməyərək dələduzluq yolu ilə pulu mənimsəmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə X5 aldadaraq hava limanında işə düzəltmək adı ilə “M10” proqramı vasitəsilə 180 manat məbləğində vəsait almış, lakin vədinə əməl etməyərək dələduzluq yolu ilə pulu mənimsəmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə X8 aldadaraq hava limanında işə düzəltmək adı ilə “M10” proqramı vasitəsilə 180 manat məbləğində vəsait almış, lakin vədinə əməl etməyərək dələduzluq yolu ilə pulu mənimsəmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə X1 aldadaraq hava limanında işə düzəltmək adı ilə “M10” proqramı vasitəsilə 180 manat məbləğində vəsait almış, lakin vədinə əməl etməyərək dələduzluq yolu ilə pulu mənimsəmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə rəisi, polis kapitanı Ş.Kərimov tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli və xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə rəisi, polis kapitanı X20 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, hava limanında işə düzəltmək adı ilə zərərçəkmiş şəxslərdən pul almış, onlara maddi ziyan vurmuşdur. Həmin pulları başqa şəxsə vermişdir. Hazırda maddi ziyanı ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X21 izahat verərək bildirmişdir ki, Şəxs özünün və həyat yoldaşının işə düzəlməsi üçün “M10” proqramı vasitəsilə hər birinə görə 180 manat olmaqla, cəmi 360 manat pul vermişdir. Zahid tibbi arayış və fotoşəkil tələb etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Şəxs barəsində ağır inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 izahat verərək bildirmişdir ki, Şəxs hava limanında aşpaz kimi işə düzəltmək üçün ondan 180 manat pul və məhkumluq haqqında arayış istəmişdir. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Pulunun qaytarılmasını istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X15 izahat verərək bildirmişdir ki, Şəxs onu hava limanında aşpaz kimi işə düzəldəcəyini bildirərək 180 manat pul, məhkumluq haqqında arayış və fotoşəkil istəmişdir. Lakin vədinə əməl etməmişdir. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Pulunun qaytarılmasını istəyir. Zərərçəkmiş şəxslər X16, X18, X13 və X6 məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXMnin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı Şəxs tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən saat 17:15-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx.xx.2023-cü il tarixdən saat 17:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X17 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar