Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-638/2024 01.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində İXM-nin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Lakin həmin protokol Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə fikir ayrılığı yaranır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarında qeyd edilmişdir ki, hüquqi şəxsin hüquqi ünvanı Nəsimi rayonunun ərazisində yerləşsə də, faktiki fəaliyyət göstərdiyi ünvan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152-dir. Həmçinin MMC-nin nümayəndəsi vəsatət verərək işin ərazi aidiyyatı üzrə Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin qərarında MMC-nin faktiki fəaliyyət göstərdiyi ünvanın Nizami rayon ərazisində yerləşməsi göstərilsə də, inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə üzrə baxılmalıdır. Belə olduğu halda hazırki iş üzrə törədilməsi ehtimal olunan inzibati xəta hüquqi şəxsin vergi ödəyicisi kimi qeydiyyata alındığı hüquqi ünvanında, yəni ünvan 6 Bununla bağlı hüquqi mövqe “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh olunmasına dair” AR-sı Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2021-ci il tarixli qərarında formalaşmışdır. Ona görə də Nəsimi Rayon Məhkəməsinin qərarındakı həmin faktla bağlı fikir ayrılığı yaranır. Yuxarıda qeyd edilən hallara Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarında qiymət verilmədiyindən, məhkəmənin qərarındakı həmin mövqe ilə razılaşa bilinməz. Buna görə də həmin hallar fikir ayrılığının yaranmasına səbəb olur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 129-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı şəhər Nəsimi Rayon Məhkəməsindən daxil olmuş Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-638/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-638/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver