Məhkəmə qərarları › İş №3(007)-647/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-647/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-647/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Məhkəmə iclasının katibi Cavadov Rüfət Şahveerən oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin baş məsləhətçisi - X6 iştirakları ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın tamamilə ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində tələbini onunla əsaslandırmışdır ki "xxxx" QSC-nin İnfrastruktur departamentinin Yol xidmətinin işçisi X7 18.11,2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə DƏMX-ə hadisə baş verən günü məlumat verilməməsi əsası ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində AR İXM-nin 555.1-ci maddəsində əks olunan inzibati xətanın törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Hesab edir ki, qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 06.00 radələrində rəhbərlik etdiyi "Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin Yol xidmətinin inzibati ərazisində işçiləri X11 ilə kənar şəxs arasında baş vermiş mübahisə zamanı kənar şəxs tərəfindən işçilərinə şillə və ya yumruq atılmışdır. Hadisə ilə bağlı dərhal polis orqanlarına (102 nömrəsi vasitəsi ilə) və təcili tibbi yardıma (103 nömrəsi vasitəsi ilə) müraciət edilmişdir. Hadisə yerinə gələn “Bakı Şəhəri Təcili və X5 Stansiyası” publik hüquqi şəxsinin 17 saylı KYS-nin təcili yardım briqadası tərəfindən işçi X11 müayinə olunaraq işə davam etməsində maneə olmadığı bildirilmiş və poliklinikaya müraciət etməsi tövsiyyə edilmişdir. Növbəli rejimdə işləyən işçinin xx.xx.2024-cü il tarixdə iş günü olmamış, xx.xx.2024-cü il tarixdə işə gələrkən tərəflərindən işçinin heç bir şikayəti olmadığı halda hadisə günü çağırılmış 17 saylı KYS-nin təcili yardım briqadasının tövsiyyəsi nəzərə alınaraq müayinə göndərilmişdir. Müayinədən qayıdan işçi heç bir xəsarətinin olmadığını bildirmişdir. Eyni zamanda işçi X11 yazılı izahatında şikayətinin olmamasını və işə davam edə biləcəyini qeyd etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Respublika Təcili və X5 Mərkəzi PHŞ-nin 20.11,2024-cü il tarixli məlumatı əsas götürülərək xx.xx.2025-ci tarixli MN ******* saylı protokolu təqdim edilərək tərəfindən inzibati xətanın törədilməsi bildirilmişdir. Yuxarıda göstərilən baş vermiş hadisə ilə bağlı X9 Xidmətinə məlumatın verilməməsi zamanı tərəfindən qanunvericiliyin heç bir müddəası pozulmamışdır. Hadisə baş verən zaman bununla bağlı dərhal həm həkim briqadası, həm də polis orqanları çağırılmış, zərərçəkmiş işçinin müayinəsi üçün şərait yaradılmış, hətta 20.11ş2024-cü il tarixdə yenidən müayinə göndərilmişdir. Qeyd edilənlər təsdiq edir ki, işəgötürən tərəfindən məsuliyyətli davranılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın 1.2-ci yarımbəndinin 11-ci abzasında qeyd edildiyi kimi "işçilərin səhhətinin pozulması əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə təhqiq edilməlidir". Həmin qaydaların 1.3-cü yarımbəndinə əsasən "İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər." Qərar üçün əsas hesab edilən Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" PHŞ-nin "X13" PHŞ-nın xx.xx.2024-cü il tarixli, 18-1-2/2-6152/2024 nömrəli məktubunda "üzün bərk əzilməsi” diaqnozu qoyulmuşdur. X10 stasionar müalicəd olmaması qeyd edilmişdir. Buradan da görsənir ki, həmin şəxsin sağlamlağmm qəflətən və kəskin pozulması halı müşahidə edilməmişdir. Eyni zamanda Vüqar Baxışovun hansı üsulla müayinəsi barədə dəqiq məlumat əksini tapmamış, xəsarətin dərəcəsi və səbəbi barədə qeydlər edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 19 avqust 2020-ci il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnaməmin 1.4.2-cü yarımbəndinə əsasən bədən xəsarətlərinin xarakterinin və sağlamlığa zərər vurma dərəcəsinin, yaşın, cinsi vəziyyətin müəyyənləşdirilməsi, həmçinin məhkəmə təbabəti sahəsində xüsusi bilik tələb edən digər məsələlərin həlli üçün canlı şəxslərin (şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin) ekspertizası Məhkəmə-tibbi ekspertizası tərəfindən aparılır. Habelə həmin əsasnamənin 2.2-ci yarımbəndinə əsasən travmanın növündən və törənmə mənşəyindən asılı olmayaraq tibb müəssisələri travma ilə stasionara daxil olan, ambulatoriyaya müraciət edən hər bir vətəndaş barədə ərazi üzrə məhkəmə-tibbi ekspertiza şöbələrinə dərhal xəbər verməlidir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" PHŞ-nin "X13" PHŞ-nin 05.12 2024-cü il tarixli 18-1-2/2-6152/2024 nömrəli məktubundan göründüyü kimi xəsarətin dərəcəsi müəyyən edilməmişdir. Hətta hadisə zamanı “Bakı Şəhəri Təcili və X5 Stansiyası" publik hüquqi şəxsinin 17 saylı KYS-nın təcili yardım briqadası işəgötürən tərəfindən çağlıdığı, 20.11 2024-cü il tarixdə işəgötürən tərəfindən işçi müayinə göndərildiyi halda qoyulan diaqnoz barədə işəgötürənə məlumat verilməmişdir. Bununla əlaqədar olaraq işçinin xəsarət alması barədə məndə məlumat olmamışdır. AR İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir." Bu halda isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən məsələ hərtərəfli və tam araşdırılmamışdır. Həmin Məcəllənin 21 -ci maddəsinə əsasən - İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Hadisə zamanı tərəfindən verilən göstərişlər nəticəsində görülən tədbirlər qanunlara əməl edilməsini, xoşniyyətli olmağını sübut edir. Bu səbəbdən qeyd edilən pozuntulardan heç biri törədilməmişdir. Araşdırma subyektiv və qərəzli aparılmışdır. Əlavə olaraq bildirirmişdir ki, protokol tərtib olunan, inzibati araşdırma aparılan zaman AR İXM-in də tələbləri pozulmuşdur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli {hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 101.1 -ci maddəyə görə İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibatı xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-nin “X14” PHŞnin məktubu 2024-cü ilin dekabr ayının 5-də yazılsa da, hətta Bakı şəhər İdarəsi tərəfindən Respublika Təcili vəX5 Mərkəzi PHŞ tərəfindən xx.xx.2024-cü il tarixdə araşdırmanı aparan səlahiyyətli orqana məlumat verilsə də protokol 2 gün ərzində yox, xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında ış üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Yalnız inzibati xəta haqqında protokolun və qərarın tərtib edilməsi faktı şəxsin inzibati məsuliyyətə cəlb edilməsi, onun təqsirli hesab edilməyi üçün əsas ola bilməz. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur. Həmin Məcəllənin Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərərçəkmiş şəxsə verilir. Barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol və həmin protokol əsasında qərar qəbul edilərkən həmin inzibati xətanın törədilibtörədilməməsi, əməlimdə inzibati xəta tərkibinin olub-olmaması, inzibati xəta törətməkdə onun təqsiri olub-olmaması müəyyən edilməmiş və nəticədə X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən natamam və birtərəfli qaydada aparılmış əsassız araşdırma əsasında inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Baş vermiş hadisə tam, obyektiv, hərtərəfli araşdırılmadan qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 3, 8. 17, 105.115-ci, 135-ci maddələrin rəhbər tutaraq əməlində inzibati xəta tərkib əlamətləri olmadığından Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən vəzifəli şəxs kimi barəsində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 555 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməyi barədə MN ******* saylı, 17 yanvar 2025-ci il tarixli Qərarının ləğv edilməsi barədə Qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasınınn yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq şikayətçi məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X12 göstərmişdir ki, X1 tərəfindən İXM-nin 555.1-ci maddəsinin tələblərinə riayət edilmədiyindən inzibati tənbeh vermə haqqında qərar çıxarılmış, maddənin sanksiyası həddində yəni 1200 manat məbləğində cərimə tətbiq edilmişdir. Belə ki, şikayətçi tərəfindən hadisə baş verən gün müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməklə nəticədə İXM-nin 555.1-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsaslanaraq şikayətin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı qərara əsasən X3 İXM-in 555.1-ci maddəsi ilə təqsirli bilinib 1200 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş AR-sı TƏBİB PHŞ tərəfindən X9 Ximətinə ünvanlanmış cavab məktubuna əsasən xx.xx.1956-cı il təvəllüdlü X11 xx.xx.2024-cü il tarixdə saat 10:52-də X18 gətirilmiş və xəstənin dediyinə görə döyülərək xəsarət almışdır. Ona üzün bərk əzilməsi diaqnozu qoyulmuşdur. Müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalar” Qərarının 1.7-ci bəndinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal hadisə baş verən gün işəgötürən DƏMX-nin yerli bölməsinə və ya aparatına məlumat verməlidir. Həmçinin həmin qərarın 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulmasının təhqiq edilməsi hallarına işçinin əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən xəsarət yetirilməsi halı da aiddir. Qərarın məzmununa əsasən xəsarətin dərəcəsindən asılı olmayaraq hadisə baş verən gün müvafiq icra hakimiyyəti orqanına məlumat verilməli idi. Bununla da sübut olunur ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar