Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-651/2025 03.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs, müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1974-cü il təvəllüdlü, Qəbələ rayonu, Laza kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qəbələ rayonu, Sırt Yengicə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510, 535.1-ci maddələri ilə Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı X4 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə PPXB əməkdaşları ona yaxınlaşan zaman naməlum səbəblərdən qaçmağa çalışmış, daha sonra əməkdaşlar tərəfindən saxlanılarkən onlara müqavimət göstərərək nalayiq ifadələr işlətmişdir. Daha sonra vətəndaşın polis şöbəsinə gətirilməsi təmin edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü, polis nəfəri, polis serjantı X5 çıxış edərək bildirdi ki, xidməti ərazidə olarkən Şəxs tərəfindən ağac kəsildiyi müəyyən edilmiş, onlar vətəndaşa yaxınlaşarkən vətəndaş Şəxs Polis əməkdaşlarını gördüyü andan qaçmağa başlamış, polis əməkdaşı tərəfindən saxlanılarkən onlara müqavimət göstərərək nalayiq ifadələr işlətmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ağacın kəsildiyi yer xüsusi mülkiyyətdə deyil, yol kənarında yerləşir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, onun vaxtilə kirayədə yaşadığı evin mülkiyyətçisi ona müraciət edərək qurumuş tut və dəfnə ağacının budaqlarını kəsməsini xahiş etmiş, o da razılaşmışdır. İş başında olarkən polis əməkdaşı evin həyətinə hasardan keçmiş və onu polis şöbəsinə təmin etmişdir. Polis əməkdaşı tərəfindən saxlanılarkən qaçmadığını, müqavimət göstərmədiyini, ümumiyyətlə hər hansısa qanunsuz hərəkətə yol vermədiyini, hansı səbəblə saxlanıldığının da ona bəlli olmadığını bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, qurumuş ağacların yerləşdiyi ərazi evin mülkiyyətçisinin həyətyanı ərazisindədir. Polis əməkdaşı hasardan tullanaraq həyətə daxil olmuşdur. Məhkəmə iclasında müdafiəçi Əliyev X1 Nemət Şərif oğlunun İ Qarabağ müharibəsi qazisi, oğlu isə İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, şəxs tərəfində hər hansı yayınma, qaçma halının olmadığını, bununla bağlı heç bir mötəbər sübutun təqdim edilmədiyini, başqa bir vətəndaşın mülkiyyətində olan həyətdə yerləşən qurumuş ağacların kəsilməsindən söhbət getdiyini, qeyd olunan hadisədə İXM-nin 510 və 535.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olmadığını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs xx.xx.2025-ci tarixdə saat 14:50-də inzibati qaydada tutulmuşdur. “Elektron Məhkəmə” informasiya sistmeindən əldə edilmiş məlumatdan görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarında olan protokoldan, raportdan, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin məhkəməyə verdiyi ifadəsindən bəlli olur ki, Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə araşdırılması zamanı sübuta yetirilməmiş və vətəndaşın İXM-nin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi hallarının müəyyən edilməsi məhkəmə iclası zamanı mümkün olmamışdır. Həmçinin protokolda qeyd olunan hərəkətlərin şəxs tərəfindən törədilməsinə dair, yəni vətəndaşın ictimai yerdə səs-küy salaraq, polisin qanuni tələbinə tabe olmaması və nalayiq ifadələr işlətməsi ilə bağlı hər hanısa sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53,105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə zalında həbsdən dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 18 manat məbləğində vəsait Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-651/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-651/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver