Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-652/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi ilə, protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi sahibkar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, xx.xx.2025-ci il tarixdə, saat 11:30-da Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 9 ünvanında yerləşən “Ofis ev alqı-satqısı” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X2 bildirdi ki, müvafiq protokol tərtib olunduqdan sonra yerləşdirilmiş reklama görə dövlət rüsumu və müqavilə ilə müəyyən edilmiş məbləğ fərdi sahibkar tərəfindən ödənilsə də, hal-hazırda işə əlavə edilmiş sənədlərə əsaslanaraq vəzifəli şəxsin İXM-nin 428.7.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdən 6 ay ərzində reklam yerləşdirilməsinə görə müəyyən olunmuş müqavilə ilə müəyyən edilmiş məbləğ və dövlət rüsumu onun tərəfindən ödənilmiş, obyektin üzərində yerləşdirilmiş 1 kv.m-dən artıq yeri əhatə edən reklamlar agentlyin nümayəndələri tərəfindən sökülmüş, qalan 1 kv.m-də reklamın yerləşdirilməsinə qanunla yol verildiyinə görə hal-hazırda onun hərəkətlərinə İXM-nin 428.7.10-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması, yəni müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərə əsasən müəyyən edilir ki, Şəxs tərəfindən dövlət rüsumu və yayım haqqı müvafiq qaydada ödənilmiş və bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. Həmçinin, 1 kv.m-dən əlavə hissəni əhatə edən reklam lövhəsi artıq sökülmüş, bununla da təqdim edilmiş sübutlara əsaslanaraq Şəxs əməlində inizbati xəta tərkibinin əlamətləri istisna edilir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-652/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-652/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver